Mobil versiya
Bu gün Bakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası başlayır
Tarix: 05-11-2019 | Saat: 09:39
Bölmə:Gündəm | çapa göndər

Bu gün Bakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası başlayır


Bu gün Bakıda Azərbaycan-Türkiyə 12-ci Yüksək Səviyyəli Hərbi Dialoq İclası öz işinə başlayır.

Müdafiə Nazirliyindən aia.az-a verilən məlumata görə, tədbirdə nümayəndə heyətləri işçi qruplarda ikitərəfli hərbi əlaqələrin cari vəziyyətini nəzərdən keçirəcək və qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün əsas fəaliyyət istiqamətlərini müzakirə edəcəklər.

İclasın Azərbaycan tərəfdən həmsədri Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev, Türkiyə tərəfdən isə Baş Qərargahın ikinci rəisi korgeneral Metin Gürakdır.

Hərbi dialoq çərçivəsində müzakirələrə noyabrın 7-də yekun vurulacaq.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024