Mobil versiya
İcra hakimiyyəti Nizami Gəncəvinin Sumqayıtdakı heykəli ilə bağlı açıqlama verdi
Tarix: 28-10-2019, 11:27 | Saat: 15:47:00
Bölmə:Gündəm | çapa göndər

İcra hakimiyyəti Nizami Gəncəvinin Sumqayıtdakı heykəli ilə bağlı açıqlama verdi


Sumqayıt şəhər İcra Hakimiyyəti şəhərin mərkəzi hissəsində ucaldılan dahi şair Nizami Gəncəvinin heykəlinin götürülməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Sumqayıt şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Eyvaz Qocayev Trend-ə açıqlamasında bildirib ki, məsələ ilə bağlı yaradılan ajiotaj əsassızdır: "Nizami Gəncəvinin heykəli Sumqayıtda "Cavid" Ticarət Mərkəzinin qarşısındakı kiçik parkda idi. Həmin parkın isə Nizami Gəncəviyə heç bir aidiyyəti yox idi. Hazırda şəhərdə "Nizami" Kinoteatrı inşa olunur və yaxın vaxtlarda istifadəyə veriləcək. Nizami Gəncəvinin abidəsi də ona görə oradan götürülüb və yeni inşa olunan "Nizami" Kinoteatrının qarşısında qoyulub. Yerdəyişmə yalnız bununla əlaqədardır. Yəni, heykəl adına layiq yerə köçürülüb. Abidə dağıdılmayıb, yeni ünvanda ucaldılıb".

Xatırladaq ki, sosial şəbəkələrdə və bəzi media orqanlarında dahi şair Nizami Gəncəvinin Sumqayıt şəhərindəki abidəsinin dağıdıldığı qeyd olunub.

aia.az



5105 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

22-11-2019
21-11-2019
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930