Mobil versiya
"Qarabağ" Çempionlar Liqasında mübarizəni dayandırdı
Tarix: 14-08-2019 | Saat: 00:30
Bölmə:Karusel / İdman | çapa göndər

"Qarabağ" Çempionlar Liqasında mübarizəni dayandırdı


Bu gün Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinə yekun vurulacaq.

Təmsilçimiz "Qarabağ” da mərhələnin cavab oyununa çıxıb. Qurban Qurbanovun komandası Bakıda APOEL-i qəbul edib.

Kiprdə keçirilən ilk görüşdə 2:1 hesablı qələbə qazanan Ağdam təsmilçisi pley-offa vəsiqə üçün yaxşı şans əldə etsə də, gözlənilmədən 0:2 uduzaraq Çempionlar Liqasında mübarizəni dayandırıb.

Qeyd edək ki, "Qarabağ”mübarizəni Avroliqanın pley-offunda davam etdirəcək. Təmsilçimiz bu mərhələdə "Linfild" (Şimali İrlandiya) - "Sutyeska" (Monteneqro) cütünün qalibi ilə qarşılaşacaq. Pley-offun oyunları avqustun 22-də və 29-da keçiriləcək. "Qarabağ"ın ilkmatçı səfərdə olacaq.


13 avqust

Çempionlar Liqası

3-cü təsnifat mərhələsinin cavab oyunu

20:30. "Qarabağ"(Azərbaycan)– APOEL (Kipr) - 0:2
Qol:De Vinsente, 34-pen. Uroş Matiç, 68
Qırmızı vərəqə:Almeyda, 90+4
Hakimlər:Daniel Sibert, Yan Seydel, Lasse Koslovski, Martin Petersen (Almaniya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
İlk oyun - 2:1.




aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-11-2024