Ana Sayfa > Karusel / İdman > "Qarabağ" Çempionlar Liqasında mübarizəni dayandırdı
"Qarabağ" Çempionlar Liqasında mübarizəni dayandırdı14-08-2019, 00:30. Yazar: sevinc1 |
Bu gün Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinə yekun vurulacaq. Təmsilçimiz "Qarabağ” da mərhələnin cavab oyununa çıxıb. Qurban Qurbanovun komandası Bakıda APOEL-i qəbul edib. Kiprdə keçirilən ilk görüşdə 2:1 hesablı qələbə qazanan Ağdam təsmilçisi pley-offa vəsiqə üçün yaxşı şans əldə etsə də, gözlənilmədən 0:2 uduzaraq Çempionlar Liqasında mübarizəni dayandırıb. Qeyd edək ki, "Qarabağ”mübarizəni Avroliqanın pley-offunda davam etdirəcək. Təmsilçimiz bu mərhələdə "Linfild" (Şimali İrlandiya) - "Sutyeska" (Monteneqro) cütünün qalibi ilə qarşılaşacaq. Pley-offun oyunları avqustun 22-də və 29-da keçiriləcək. "Qarabağ"ın ilkmatçı səfərdə olacaq. 13 avqust Çempionlar Liqası 3-cü təsnifat mərhələsinin cavab oyunu 20:30. "Qarabağ"(Azərbaycan)– APOEL (Kipr) - 0:2 Qol:De Vinsente, 34-pen. Uroş Matiç, 68 Qırmızı vərəqə:Almeyda, 90+4 Hakimlər:Daniel Sibert, Yan Seydel, Lasse Koslovski, Martin Petersen (Almaniya). Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. İlk oyun - 2:1. aia.az Geri dön |