Azərbaycan şahmatının Vüqarı...
Tarix: 24-07-2019 | Saat: 11:08
Bölmə:Karusel / İdman | çapa göndər
Bu gün Azərbaycanın mərhum şahmatçısı, şahmat üzrə üçqat Azərbaycan çempionu adına layiq görülmüş Vüqar Həşimovun doğum günüdür.
Azvision.az xəbər verir ki, V.Həşimov 24 iyul 1986-cı ildə Bakı şəhərində anadan olub. O, karyerası ərzində dörd dəfə (2002, 2004, 2006 və 2008-ci illərdə) şahmat olimpiadalarında Azərbaycan komandası uğrunda çıxış edib, həmçinin 2009-cu il 7-9 may tarixlərində Bakıda Heydər Əliyev Kuboku çərçivəsində dünya yığması ilə qarşılaşmada Azərbaycanın yığmasının tərkibində olub.
2007-ci ildə Avropa çempionatında bürünc medal qazanıb, 2009-cu ildə Azərbaycan yığması ilə Avropa çempionu olub (son turda komandamıza həlledici xalı Vüqar qazandırmışdı). Azərbaycan yığması ilə 2011-ci ilin vitse-çempionu və 2010-2011-ci illərdə Reggio Emilia turnirinin qalibi olub.
Vüqar Həşimov 2014-cü il yanvarın 11-də dünyasını dəyişib
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
16-11-2024
13:53 Türkiyədə zəlzələ oldu