Ana Sayfa > Karusel / İdman > Azərbaycan şahmatının Vüqarı...
Azərbaycan şahmatının Vüqarı...24-07-2019, 11:08. Yazar: sevinc1 |
Bu gün Azərbaycanın mərhum şahmatçısı, şahmat üzrə üçqat Azərbaycan çempionu adına layiq görülmüş Vüqar Həşimovun doğum günüdür. Azvision.az xəbər verir ki, V.Həşimov 24 iyul 1986-cı ildə Bakı şəhərində anadan olub. O, karyerası ərzində dörd dəfə (2002, 2004, 2006 və 2008-ci illərdə) şahmat olimpiadalarında Azərbaycan komandası uğrunda çıxış edib, həmçinin 2009-cu il 7-9 may tarixlərində Bakıda Heydər Əliyev Kuboku çərçivəsində dünya yığması ilə qarşılaşmada Azərbaycanın yığmasının tərkibində olub. 2007-ci ildə Avropa çempionatında bürünc medal qazanıb, 2009-cu ildə Azərbaycan yığması ilə Avropa çempionu olub (son turda komandamıza həlledici xalı Vüqar qazandırmışdı). Azərbaycan yığması ilə 2011-ci ilin vitse-çempionu və 2010-2011-ci illərdə Reggio Emilia turnirinin qalibi olub. Vüqar Həşimov 2014-cü il yanvarın 11-də dünyasını dəyişib aia.az Geri dön |