Əli Hüseynli Milli Qəhrəmanlara ev verilməsini xahiş etdi
Tarix: 15-03-2019 | Saat: 15:11
Bölmə:Karusel / Gündəm | çapa göndər
"Hazırda sağ Milli Qəhrəmanlardan bir neçəsi mənzillə təmin olunmayıb. Baş nazir Novruz Məmmədovdan və əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevdən xahiş edirəm ki, onlar qəbul olunsun, problemləri həll edilsin”
Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2018-ci il üzrə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.
Komitə sədri çıxışında Milli Qəhrəmanların statusunu tənzimləyən xüsusi qanunun qəbul edilməsi təklifinə münasibət bildirib: "Dövlət başçısının tapşırığı ilə müharibə iştirakçıları, əlillər, şəhid ailələri ilə bağlı bir sıra ciddi işlər görülür, Milli Qəhrəmanlara xüsusi diqqət yetirilir. Milli Qəhrəmanları Tanıtma İctimai Birliyi Prezidentə və Milli Məclisə müraciət edərək onların statusunu tənzimləyən xüsusi qanunun qəbul edilməsini təklif ediblər. Bu gələcək müzakirələrin predmetidir”.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-01-2025