Mobil versiya
Millət vəkili: Sosial siyasət Azərbaycanda davamlı xarakter daşıyır
Tarix: 11-03-2019 | Saat: 11:51
Bölmə:Siyasət | çapa göndər

Millət vəkili: Sosial siyasət Azərbaycanda davamlı xarakter daşıyır


Sosial siyasət Azərbaycanda planlı şəkildə proqramlar üzrə həyata keçirilir və davamlı xarakter daşıyır. Dövlət başçısı ilə vətəndaşlar arasında inam, etimad və etibar olduqda cəmiyyət, eyni zamanda, ölkə inkişaf edir. Bunu Trend-ə Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

H.Babaoğlu bildirib ki, bunun başlıca səbəbi heç şübhəsiz ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasət və bu siyasətin xalq tərəfindən dəstəklənməsidir:

“Hakimiyyət-xalq vəhdəti buradan ortaya çıxır. Bunu zəruri edən şərtlər çoxdur və həmin şərtlər Azərbaycanda təmin olunub. Bunun hüquqi, sosial, iqtisadi və s. əsasları var. Ancaq bu planda önə çıxan ilk növbədə Azərbaycan vətəndaşının rifahı, onun həyat səviyyəsinin yaxşılaşdırılmasıdır ki, bu siyasət daim Azərbaycan Prezidenti tərəfindən həyata keçirilib və bu gün də davam edir. Bunu müxtəlif komponentlər üzrə qısaca səciyyələndirsək görəcəyik ki, burada əhalinin sosial rifahı ilə bağlı qəti qərarlar qəbul olunur və onların həyat keyfiyyəti yaxşılaşdırılır. Bu, bir tərəfdən ümumi qaydada daimi aparılan sosial siyasətdir, həm də Ermənistanın işğalı nəticəsində meydana çıxan bir milyondan çox qaçqın və məcburi köçkünlərimizin, eləcə də müharibə iştirakçıları və şəhid ailələrinin sosial problemlərinin həllini əhatə edir".

Onun sözlərinə görə, digər tərəfdən, fors-major dediyimiz hallar, yəni fövqəladə hallar var ki, burada sosial problemlər daha çox qabarıq və gözlənilmədən ortaya çıxır: "Yəni zəlzələ, torpaq sürüşməsi kimi və s. hallarda baş verən qəzalar nəticəsində sosial problemlər qeyri-planlı şəkildə, gözlənilmədən önə çıxır. Bunun həlli üçün heç şübhəsiz ki, yerində operativ qərarlar qəbul etmək lazım olur. Bu zaman təbii ki, ehtiyat vasitələri səfərbər etməklə problemin aradan qaldırılması yolları axtarılır. Bildiyiniz kimi, bir ay bundan öncə zəlzələ baş verdi və İsmayıllı, Ağsu və Şamaxıda xeyli sayda ev dağıldı, qəzalı vəziyyətə düşdü. Burada söhbət yüzlərlə evdən gedir. Azərbaycan Prezidentinin göstərişi ilə bütün müvafiq qurumlar öz işlərini bu istiqamətdə çox operativ şəkildə, qısa müddətdə yerinə yetirdilər”.

Deputat vurğulayıb ki, nə qədər evin dağıldığı, nə qədərinin qəzalı vəziyyətə düşdüyü və nə qədər evin təmir edilməli, yaxud yenidən tikilməli olduğu artıq bəllidir: “Həmin hadisədən bir ay ötüb və cənab Prezident yenidən Ağsu və Şamaxı rayonlarında oldu. Artıq şahidi oluruq ki, onlarla ev tikilir və tikilməsi başa çatmaq üzrə olan evlər var. Buna paralel olaraq bütövlükdə infrastruktur yenidən qurulur. Bu, çox vacib amildir”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-11-2024