Mobil versiya
Azərbaycan və Niderland XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
Tarix: 07-03-2019 | Saat: 13:33
Bölmə:Siyasət | çapa göndər

Azərbaycan və Niderland XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib


Bakıda Azərbaycan və Niderland XİN-ləri arasında siyasi məsləhətləşmələrin növbəti mərhələsi baş tutub.

Azərbaycan XİN Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, nümayəndə heyətlərinə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Ramiz Həsənov, Niderland tərəfindən isə XİN-in siyasi məsələlər üzrə baş direktorunun müavini Piter Yan Kleyveq de Zvan rəhbərlik ediblər.

Məsləhətləşmələr zamanı, iki ölkə arasında siyasi dialoqun yüksək səviyyədə olduğu qeyd edildi, əlaqələrin hazırkı vəziyyəti təhlil olunub və əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb. Dövlət və Hökumət başçıları arasındakı dialoqun, nazirlər səviyyəsində görüşlərin, habelə parlamentlərarası təmasların əməkdaşlığın genişləndirilməsi baxımından müstəsna rol oynadığı vurğulanıb.

Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi mövzusunda fikir mübadiləsi aparılıb, problemin həllinin yalnız ölkəmizin suverenliyi və ərazi bütövlüyü əsasında mümkün olduğu diqqətə çatdırılıb və Azərbaycanın ərazi bütövlüyünə verdiyi birmənalı dəstəyə görə Niderland tərəfinə təşəkkür ifadə edilib.

Tərəflər, həmçinin regionda Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən enerji və nəqliyyat layihələrində Niderlandın bir sıra şirkətlərinin uğurla fəaliyyət göstərdiyini qeyd edərək, qeyri-neft sektorunda, xüsusilə kənd təsərrüfatı sahəsində əlaqələrin genişləndirilməsi imkanlarını müzakirə ediblər, habelə təhsil, elm və mədəniyyət sahələrində təmasların iki ölkə xalqlarının daha da yaxınlaşması baxımından vacibliyini vurğulayıblar.

Bundan əlavə, ölkələrimiz arasında BMT, ATƏT, NATO, Avropa İttifaqı, Avropa Şurası və digər beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlıq yüksək dəyərləndirilib, eləcə də qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-11-2024