Mobil versiya
Əməkdar artist: Pullar kimin cibinə gedir, heç kim bilmir
Tarix: 07-03-2019 | Saat: 12:35
Bölmə:Karusel / Aia TV | çapa göndər

Əməkdar artist: Pullar kimin cibinə gedir, heç kim bilmir



Prezidentin incəsənət xadimləri ilə sonuncu görüşü, yaşanan problemlər və onların aradan qaldırılması yolunda görülən işlər ürəkaçan və təqdirəlayiqdir. Buna rəğmən, heç bir sənətçi indiyədək açıq danışmayıb.

Bu sətirləri Əməkdar artist Lalə Məmmədova öz “Instagram” səhifəsində paylaşıb.

O bildirib ki, dövlət başçısının incəsənət xadimləri ilə görüşü bir çox sənətçilərdə böyük ümidlər və danışmaq həvəsi yaradıb.

Müğənni gələn görüşlərdən birində özünün də iştirak etmək arzusunu dilə gətirib:

“Mən də milli estrada sahəsi və bu sahədə fəaliyyət göstərən müğənnilərin yaşadıqları problemlər barədə prezidentə danışardım. Təəssüf ki, biz sənətçilər etdiyimiz çıxışlara və iştirak etdiyimiz konsertlərə görə heç bir qonorar almırıq - solisti olduğum AzTV istisna olmaqla. İstər televiziya-radio, istərsə də paytaxt, rayonlarda açıq hava və ya qapalı konsertlərdən…

Halbuki bu çıxışlara görə bizə az da olsa, qonorar yazılır. Pulların kimlərin cibinə və hara getdiyi haqda kimsə nəsə bilsə də, heç kəs, heç nə deyə bilmir. Təşkil olunan bu tədbirlərə büdcədən sənətçilər üçün qonorar ayrılır.

Səsimizi çıxarıb bir söz deyəndə dediklərindən belə çıxır ki, hələ minnətimiz olsun, bizi efirə, konsertlərə buraxırlar. Yoxsa qadağa qoyarlar və efirlərə, konsertlərə həsrət qalarıq. Əsl yaradıcılığı olan sənətçi efir vaxtını səmərəli şəkildə doldurduğu üçün qonorar almalıdır. Bunu hər kəs bilir.

Bu gün mən deyirəm. Sənətçilər toyun ümidinə yaşamamalıdır. Biz sənətimizlə az-çox olsa da, halal zəhmətimizlə haqqımıza çatanı tələb edirik, başqasının zəhmətində gözümüz yoxdur. Axı sənətçi başqa sənətlə məşğul ola bilmir.

Məgər bütün müğənnilər toya gedib pul qazana bilir? Qazananlar da bir külfət ailə dolandırırlar. Bu gün milli estrada sahəsində də bu cür çirkin oyun oynanılır”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə