Azərbaycanda ikinci əl məhsul PROBLEMİ: “Bu cinayətkar qrupu ifşa edə bilməmişik”
Tarix: 11-08-2018 | Saat: 13:11
Bölmə:Ölkə | çapa göndər
Hazırda dünyada ikinci əl məhsullar istehlakçı problemi olaraq qalır. Üç ildən bir çağırılan dünya konqreslərində ikinci əl məhsullar ciddi problem olaraq müzakirə edilir.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Modern.az saytına açıqlamasında deyib ki, Azərbaycan bazarında xüsusən ikinci əl nəqliyyat vasitələrində ciddi problemlər yaşanır:
“Azad İstehlakçılar Birliyi (AİB) 1998-ci ildən bəri Ümumdünya İstehlakçı təşkilatının “Consumers İnternational” (Beynəlxalq istehlakçı təşkilatı) üzvüdür. 3 ildən bir biz dünyanın müxtəlif ölkələrinə toplaşırıq, dünyada istehlakçı hüquqları məsələlərini müzakirə edirik. Bütün dünya istehlakçı təşkilatları tərəfindən ikinci əl malların problemli mallar olduğu vurğulanır, milli qanunvericilikdə bu məsələlərin arxa planda qaldığı və kütləvi surətdə istehlakçı hüquqlarının pozulduğu qeyd edilir.
Azərbaycanda ikinci əl məhsullarda birinci problemli sahə avtomobil satışıdır. Azərbaycan bazarında satışa çıxarılan avtomobillərin təxminən 80 faizinin yürüşü geri çəkilir, kilometri az göstərilir. Bu, cinayətdir və böyük istehlakçı problemi mövcuddur. Bizə hər həftə iki-üç telefon zəngi daxil olur və bildirirlər ki, baha qiymətə ikinci əl avtomobili alıblar, lakin avtomobil yağ işlədir və ya köhnədir, yürüşü azdır və sair. Bu cinayətkar qrupu hələ də ifşa edə bilməmişik. Təsadüfi deyil ki, 4 il bundan qabaq AİB də təşkilat üçün KİA markalı avtomobil almışdı. Məlum oldu ki, avtomobilin yürüşü 100 min kilometr geri çəkilib. Həmin avtomobil ölkədə məşhur bir adamın oğluna məxsus idi. Bir aydan sonra bunu müəyyən etdik və avtomobili geri qaytarmağa nail olduq. Yəni demək istəyirəm ki, ölkədə hətta varlı adamlar belə avtomobilin yürüşünü geri çəkib istehlakçılara sırıyırlar. Avtomobil satışında söhbət külli miqdarda pullardan gedir. Bəzən Almaniyadan avtomobil gətirib Gürcüstanda yaxud Azərbaycanda onu düzəldirlər”.
E.Hüseynov qeyd edib ki, ikinci əl avtomobili alan insanlar mütləq avtomobilin servisdən keçməsini izləyib arayış almalıdırlar:
“Belə olan halda avtomobili lazım gələndə qaytarmaq, dəyişmək də mümkün olur. Azad İstehlakçılar Birliyi servisin arayışı əlində olan vətəndaşlara təmənnasız kömək etməyə hazırdır.
İkinci əl mallarda problemli ikinci sahə mobil telefonlardır. Hər həftə bizə bu barədə şikayətlər daxil olur. Vətəndaşa pul lazım olanda mobil telefonu satış yerinə qoyur, nağd pulu alır və həmin telefon başqa bir vətəndaşa təzə adı ilə satılır. Bir müddətdən sonra telefon bağlanır və məlum olur ki, telefonun borcu var imiş. Bu cür hallar daha çox “Kontakt Home”da yaşanır. Telefonları təzə adı ilə satan ticarət şirkətləri təbii ki, bundan xəbərdar olurlar. Bu baxımdan vətəndaş diqqətli olmalı, telefonun bütün funksiyalarını satıcının yanında yoxlamalıdırlar. Bu problemlər təkcə mobil telefonlarda deyil, kompüterlərdə, digər texniki cihazlarda da olur.
Üçüncü yerdə ikinci əl mebelləri, evlər dayanır. Yəni istehlakçı baha qiymətə ev alır, sonra məlum olur ki, onun tələbatına uyğun deyil. Əlbəttə, ikinci əl geyimlər satan dükanlar da var. 20 ilə yaxındır, Azərbaycanda bu sahədə problem yaşanır. Lakin kiçik qiymətlər olduğu üçün ciddi deyil”.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
15-11-2024