Mobil versiya
Bu rayon bələdiyyələrinin nə fəaliyyəti hiss olunur, nə də ki varlığı...
Tarix: 06-01-2025 | Saat: 10:27
Bölmə:Ölkə | çapa göndər

Bu rayon bələdiyyələrinin nə fəaliyyəti hiss olunur, nə də ki varlığı...

Ucar rayonunda ilk seckilər zamanı 29 bələdiyyə formalaşdırılsa da, sonradan bu rəqəm 17-dək azaldıldı. İndi isə 9 bələdiyyə uğrunda mubarizə aparılacaq. Ucar bələdiyyəsinə isə Rəstəcə bələdiyyəsi birləşdiriləcəkdir.

Mövcud 17 bələdiyyə sırasında demək olar ki, hec birinin nə fəaliyyəti hiss olunur, nə də ki varlığı. 2023-cü ildə 17 bələdiyyənin büdcə gəliri 10 faiz artsa da, əldə edilən vəsaitin həcmi 292 min manata yaxın olub ki, onunda 42.500 manatını dotasiya təşkil edib.

Ucar RİH-in dəstəyi hiss edilməsə də və Göyçay regional ədliyyə idarəsinin metodik tövsiyələri olsa da belə bələdiyyələrin fəaliyyətində canlanmanın olmaması narahatlıq yaradır.

Beləliklə, son beş il ərzində fəaliyyətdə olan 17 bələdiyyədən hər hansı fromada nə fəaliyyət, nədə ki illik hesabatlar açıqlanmayıb. Ötən illərdən yığılıb qalmış DSMF borcları, mülkiyyətə əmlakın və torpağın tam verilməməsi Ucar rayon bələdiyyələrini də narahat edən məsələlərdəndir.

Hər halda düşünməyə dəyər...

Belediyye.info



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-01-2025