Mobil versiya
"Vətəndaşlarımızın həlak olmasının günahı Rusiya nümayəndələrinin üzərindədir" - Prezident
Tarix: 06-01-2025 | Saat: 13:41
Bölmə:Manşet / Siyasət | çapa göndər

"Vətəndaşlarımızın həlak olmasının günahı Rusiya nümayəndələrinin üzərindədir" -

Əminliklə deyə bilərəm ki, Azərbaycan vətəndaşlarının bu qəzada (Aktaudakı təyyarə qəzasında – red.) həlak olmasının günahı Rusiya Federasiyası nümayəndələrinin üzərindədir. Biz ədalət tələb edirik, günahkarların cəzalandırılmasını tələb edirik, tam şəffaflıq və insani davranış tələb edirik.

aia.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev təyyarə qəzasında həlak olan ekipaj heyətinin ailə üzvləri və sağ qalan təyyarə bələdçiləri ilə görüşündə söyləyib.

Hazırda “qara qutu”ların şifrəsinin açılması prosesinin getdiyini söyləyən dövlətimizin başçısı qeyd edib: “Əminəm ki, yaxın vaxtlarda biz ilkin nəticələri öyrənəcəyik və hər şey öz yerini tutacaq. Baş verən faciənin bütün mənzərəsi də məlum olacaq. Təbii ki, bu, faciənin tam araşdırılması və onun günahkarlarının cəzalandırılması işində mühüm məqam olacaq”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-01-2025