Heydər Əsədov: “Konstitusiya və Suverenlik İli”: strateji hədəflər və gələcəyə baxış
Tarix: 06-01-2025 | Saat: 11:32
Bölmə:Manşet / Siyasət / Seçilənlər-10 | çapa göndər
2024-cü il dekabrın 28-də Prezident İlham Əliyevin imzaladığı Sərəncamla 2025-ci il Azərbaycanda Konstitusiya dəyərlərinin təbliği, milli suverenliyin əhəmiyyətinin vurğulanması məqsədilə “Konstitusiya və Suverenlik İli” elan edilmişdir. Sərəncamın məqsədi Konstitusiyanın tarixi və hüquqi əhəmiyyətini ön plana çəkmək və milli dövlətçiliyin əsaslarını daha da möhkəmləndirməkdir. Bu qərar həm də Azərbaycan Konstitusiyasının qəbulunun 30-cu və Vətən müharibəsində qazanılan tarixi Qələbənin 5-ci ildönümünü qeyd etməklə, ölkəmizin suverenliyinin və müstəqilliyinin gücləndirilməsinə yönəlmişdir.
Prezident İlham Əliyev 31 dekabr 2024-cü il tarixində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində son illərdə görülən ardıcıl və məqsədyönlü işlərin nəticəsi kimi, dövlətin siyasi və hərbi gücünün əhəmiyyətini vurğulayıb. Dövlət başçısı bildirib ki, 2024-cü ildə bir çox önəmli hadisələr baş vermişdir: “Onların arasında ən vacib məsələ Qazax rayonunun 1990-cı illərin əvvəllərində işğal altına düşmüş dörd kəndinin işğaldan azad edilməsi idi. Bu kəndlər haqqında biz heç vaxt öz mövqeyimizdən bir addım belə geri atmamışdıq. Bu kəndləri biz heç vaxt unutmamışdıq. Sadəcə olaraq, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasının öz məntiqi var idi. Hər şeyi, bütün məsələləri biz inamla və ardıcıllıqla həll etdik. Birinci mərhələdə Qarabağın və Şərqi Zəngəzurun böyük hissəsini 2020-ci ildə Vətən müharibəsində işğalçılardan azad etdik. İşğal altında qalan hissə keçən il antiterror əməliyyatı nəticəsində işğalçılardan azad edildi və Azərbaycan öz dövlət suverenliyini bərpa etdi...”.
1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlətin hüquqi əsaslarını formalaşdırdı. Bu sənəd demokratik idarəetmə, insan hüquqlarının qorunması və dünyəvi dövlət modelinin hüquqi çərçivəsini təsbit etdi. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan Konstitusiya Azərbaycanın müstəqilliyini möhkəmləndirən və onun gələcək inkişaf yolunu müəyyən edən əsas sənəd kimi tarixə düşdü.
Konstitusiya yalnız dövlətin hüquqi bünövrəsini yaratmaqla kifayətlənməmiş, həm də onun siyasi, iqtisadi və sosial inkişafını istiqamətləndirən əsas amilə çevrilmişdir. Ölkənin əsas qanunu olaraq insan hüquq və azadlıqlarını təmin etmək, dövlət orqanlarının fəaliyyətini tənzimləmək və dövlətçilik prinsiplərini qorumaq funksiyalarını yerinə yetirir.
2002, 2009 və 2016-cı illərdə Konstitusiyaya edilən dəyişikliklər müasir dövrün çağırışlarına cavab vermiş, hüquq və azadlıqları daha da genişləndirmişdir. Bu dəyişikliklər dövlət idarəçiliyinin effektivliyini artırmaqla yanaşı, insan hüquqlarının qorunmasına da mühüm töhfə vermişdir.
2020-ci ilin İkinci Qarabağ müharibəsi dövlətçilik tariximizdə dönüş nöqtəsi oldu. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan işğal altındakı ərazilərini azad edərək beynəlxalq hüquq prinsiplərini təmin etdi. Bu Qələbə Azərbaycanın suverenliyinin gücləndirilməsi və onun beynəlxalq səviyyədə nüfuzunun artması baxımından mühüm tarixi hadisə oldu. Müharibə yalnız hərbi Qələbə deyil, həm də xalqın milli birlik və həmrəylik ruhunun ifadəsi idi. Dövlətin hərbi və siyasi gücü, xalqın Liderinə və dövlətçiliyinə bağlılığı Azərbaycanın suverenliyinin qorunmasında mühüm rol oynadı. Bu Zəfər həm də ölkənin siyasi-iqtisadi inkişafında yeni bir dövrün başlanğıcı oldu.
Azərbaycan hüquqi və demokratik dövlət olaraq beynəlxalq hüququn prinsiplərinə sadiqliyini nümayiş etdirməklə yanaşı, özünün suverenliyini və ərazi bütövlüyünü qorumağa qadir olduğunu sübut etmişdir.
Prezident İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” elan etməsi Azərbaycanın dövlətçilik tarixində mühüm bir mərhələdir. Bu il ərzində görüləcək işlər, həyata keçiriləcək tədbirlər hüquqi dövlət quruculuğu, milli suverenliyin qorunması və dövlətçilik dəyərlərinin təbliği baxımından böyük əhəmiyyət kəsb edir.
Yeri gəlmişkən, 2025-ci ildə ölkə üzrə konfranslar, seminarlar, hüquqi təlimlər, sənədli filmlər və maarifləndirici layihələr həyata keçiriləcəkdir. Bu tədbirlər hüquqi şüurun inkişafına, milli həmrəyliyin möhkəmləndirilməsinə və xalqın dövlətçilik dəyərlərinə bağlılığının artırılmasına xidmət edəcəkdir.
2025-ci il həm Azərbaycanın müstəqilliyinin, həm də Konstitusiyasının müəyyən etdiyi hüquqi və demokratik prinsiplərin möhkəmləndirilməsi yolunda tarixi bir il olacaqdır. Bu təşəbbüs Azərbaycan xalqının milli ruhunu, dövlətinə olan bağlılığını və suverenliyini qoruma əzmini daha da gücləndirəcəkdir.
Heydər Əsədov
Milli Məclisin deputatı
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
07-01-2025