Azərbaycan Müəllimlər İnstitutunun əməkdaşı BMT-nin Uşaq Fondunun(UNİCEF)-in Mərkəzi Şərqi Avropa və MDB regionu üzrə Regional Ofisində keçirilən seminarında iştirak edib
Tarix: 17-11-2015 | Saat: 21:54
Bölmə:Təhsil / Aia TV / Karusel / Seçilənlər | çapa göndər

Noyabrın 11-13 tarixlərində Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) layihə koordinatoru, siyasi elimlər üzrə fəlsəfə doktoru Nurəddin İbrahimov BMT-nin Uşaq Fondunun (UNİCEF)-in Mərkəzi Şərqi Avropa və MDB regionu üzrə Regional Ofisi Fəlakət Risklərinin Azadılması (FRA) üzrə təcrübə mübadiləsi seminarında iştirak edib.
Belarus Respublikasının paytaxtı Minsk şəhərində keçirilən BMT-nin Uşaq Fondunun (UNİCEF)-in Mərkəzi Şərqi Avropa və MDB regionu üzrə Regional Ofisi Fəlakət Risklərinin Azadılması (FRA) üzrə təcrübə mübadiləsi seminarında 7 ölkənin nümayəndə heyəti iştirak edib. Seminarda ölkəmizi BMT-nin Uşaq Fondunun (UNİSEF)-in təhsil proqramlarının rəhbəri Kənan Məmmədli və FRA üzrə eksperti Rövşən Abbasov, AMİ-nin DİPECHO layihə koordinatoru Nurəddin İbrahimov, Təhsil Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin nümayəndələri, Zaqatala rayon Təzə Suvagil kənd 1 nömrəli tam orta məktəbin direktoru təmsil ediblər. Seminarda 3 gün müddətində 24 təqdimat dinlənilib.
Seminarda Nurəddin İbrahimov “Təhsildə fəlakət riskinin azaldılması” mövzusunda təqdimat edib. Təqdimatda vurğulanıb ki, təhsil sahəsində aparılan məqsədyönlü islahatlar daim innovasiyaların tətbiqinə, müasir təlim texnologiyalarının reallaşdırılmasına və təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Ölkəmizin dinamik inkişafı təhsil ocaqları qarşısında da mühüm vəzifələr qoyur. Həmin vəzifələrdən biri də təhsil müəssisələrində fəlakət riskinin azaldılmasına yönəldilmiş təlimlərin təşkilidir. Bu sahədə Azərbaycan Respublikası Təhsil Nazirliyində effektiv iş aparılır. Azərbaycan Müəllimlər İnstitutunda maarifləndirmə və təlimləri aparmaq üçün təlimçilər hazırlanır. Eyni zamanda respublikanın ümumi təhsil məktəblərindən Azərbaycan Müəllimlər İnstitutuna ixtisasartırma təhsilinə cəlb olunan rəhbər və digər pedaqoji işçilərə təlimlər keçirilir. Bu layihə çərçivəsində Azərbaycan Müəllimlər İnstitutunda fəlakət riskinin azaldılması istiqamətində çevik proqramlar hazırlanıb. Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və UNİCEF-in “Azərbaycan Respublikasının Təhsil Müəssisələrinin və İcmaların Fəlakət Riskinə Davamlılığının Artırılması” layihəsi üzrə 2013-çü və 2015-ci illər əhatə edən fəaliyyət planına əsasən iyunun 1-dən Azərbaycan Müəllimlər İnstitutunda ixtisasartırma təlimləri keçirilib. İnstitutda təlimlərin səmərəli keçirilməsi üçün lazımi hazırlıq işləri görülüb. Təlimlər zamanı mühazirələrlə yanaşı, bəzi praktik məşğələlərin keçirilməsi və müdavimlərə fərdi mühafizə vasitələrindən, o cümlədən əleyhqaz və respirator, bədəni mühafizə
etmək üçün kostyum və kombinezonlardan istifadə qaydalarını öyrədilib. Təlimlər həmçinin institutun Şəki və Ağcabədi filiallarında keçirilib.
Qeyd etmək lazımdır ki, institutda və təlim keçirilən filiallarada mülki müdafiə mərkəzləri yaradılıb, mərkəzlər təlim prosesi üçün gərəkli olan avadanlıqlarla: mülki müdafiəyə dair plakat və əyani vəsait, kompüter, proyektor, dərs vəsaitləri və digər materiallarla təchiz edilib. Baza institutu, Şəki və Ağcabədi filialları da daxil olmaqla “Təhsildə fəlakət riskinin azaldılması“ mövzusunda təşkil olunmuş təlimlərdə ümumilikdə 150 nəfər iştirak edib və təlim iştirakçılarına sertifikatlar təqdim olunub. N.İbrahimov əlavə edib ki, layihənin növbəti mərhələsinin gələn il geniş formatda keçirilməsi nəzərdə tutulub.
Seminarda fəlakət riskinin azaldılmasının müxtəlif aspektləri üzrə məruzələr dinlənilib və mövzular ətrafında geniş müzakirələr aparılıb.
Mətbuat və informasiya şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024