"BMT-də bəzi dövlətlər Ermənistanı dəstəkləyir" - Prezidentin köməkçisi
Tarix: 06-05-2017 | Saat: 14:46
Bölmə:Siyasət / Manşet | çapa göndər
"Azərbaycanda aparılan dövlət siyasəti nəticəsində dini, etnik mınsubiyyətlərindən asılı olmayaraq, bütün vətəndaşların hüququ bərabər şəkildə təmin olunur”.
Bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov IV Ümümdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən "Qütbləşmə dövründə inkuliziv dialoq” adlı panel iclasında çıxışı zamanı bildirib.
Ə.Həsənov təəssüflə deyib ki, indi dünyada dini, irqi və milli dözümsüzlük, dağıdıcı separatizm kimi hallar insanları kütləvi şəkildə qaçqın və miqrant həyatı yaşamağa məcbur edir: "Bu sahədə mövcud olan problemlərin çətinliyini və ağrı-acısını Ermənistanın etnik təmizləmə və işğalçılıq siyasəti nəticəsində bir milyondan çox qaçqın və məcburi köçkünü olmuş Azərbaycan daha yaxından anlayır və hiss edir. Ona görə də bu qəbildən olan insanların öz doğma torpaqlarına qayıtmasının təmin edilməsi inkuliziv dialoqun tərkib hissələrindən biri kimi irəli sürülməlidir. BMT Təhlükəsizlik Şurası Azərbaycan torpaqlarının işğaldan azad olunması üçün 4 qətnamə qəbul edib. BMT-də bəzi dövlətlər var ki, Ermənistanı dəstəkləyir, ona görə qətnamələr icra olunmur. Yoxsa, elə qətnamələr var ki, saatlar ərzində icra olunur. BMT ilk növbədə beynəlxalq hüququn aliliyini qorumalıdır”.
Ə. Həsənov əlavə edib ki, BMT yaranan zaman bəyan edilmişdi ki, bəşəriyyət müharibələrdən qorunacaq: "Bu zaman dövlətlər, xalqlar arasında müharibələr nəzərdə tutulurdu. Ancaq bugünkü münaqişələr, müharibələr əvvəllər olan münaqişələrdən, müharibələrdən fərqlidir. Terrorçular terror hadisəsi törədir və bununla da özünə siyasi divident qazanır. Terrorizm problemini bir gecədə həll etmək mümkün deyil. Biz problemləri inklüziv dialoq yolu ilə həll edə bilərik. Siyasi həll yolları əsas həll yolları olmalıdır. Münaqişələrin həlli üçün müxtəlif vasitələrdən, o cümlədən mədəniyyətlərarası dialoqdan istifadə etmək olar”.(azvision)
AİA.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-11-2024