Mobil versiya
Qazaxıstanda azərbaycanlıya məxsus yük maşını yandı
Tarix: 29-11-2026 | Saat: 20:49
Bölmə:Dünya | çapa göndər

Qazaxıstanda azərbaycanlıya məxsus yük maşını yandı


Noyabrın 29-da Qazaxıstanın Jetısu vilayətində Azərbaycan vətəndaşının idarə etdiyi yük avtomobilində yanğın baş verib, lakin polislərin müdaxiləsi ilə alovun böyüməsinin qarşısı alınıb.
aia.az "Azattyq Rýhy" nəşrinə istinadən xəbər verir ki, hadisə respublika əhəmiyyətli "Almatı – Ust-Kamenoqorsk" avtomobil yolunun 557-ci kilometrliyində qeydə alınıb.

Çindən Azərbaycana beynəlxalq yük daşıyan nəqliyyat vasitəsinin qoşqusundan qatı tüstü və alovun çıxdığını görən patrul polisi əməkdaşları dərhal hərəkətə keçiblər. Onlar sürücü ilə birlikdə yanğınsöndürən balonların köməyi ilə alovu söndürməyə nail olublar.

Hüquq-mühafizə orqanı əməkdaşlarının operativ müdaxiləsi nəticəsində yanğının yük bölməsinə və kabinəyə keçməsinin qarşısı alınıb. Hadisə zamanı sürücü xəsarət almayıb, daşınan yüklərə ziyan dəyməyib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-11-2026