Mobil versiya
Muslera karyerasını başa vurub
Tarix: 29-11-2026 | Saat: 16:19
Bölmə:İdman | çapa göndər

Muslera karyerasını başa vurub


Libertadores Kubokunun qalibi müəyyənləşib.
aia.az xəbər verir ki, həlledici qarşılaşmada Argentinanın “Estudiantes” və Braziliyanın “Palmeyras” komandaları üz-üzə gəlib.

Görüşün taleyini bir qol həll edib. Braziliya təmsilçisi rəqibini minimal hesabla məğlub edərək kuboka sahib çıxıb.

Qeyd edək ki, bu matç Fernando Musleranın “Estudiantes”in heyətində son oyunu olub və 40 yaşlı uruqvaylı qolkiper qarşılaşmadan sonra peşəkar futbolçu karyerasını başa vurub.

Muslera “Estudiantes”in finala yüksəlməsində mühüm rol oynayıb. O, yarımfinalda “Flamenqo” ilə qarşılaşmanın penaltilər seriyasında üç zərbəni dəf edərək komandasının qələbəsinə töhfə verib.

Təcrübəli qolkiper 2011–2025-ci illərdə “Qalatasaray”da çıxış edib. O, İstanbul klubunun heyətində 8 dəfə Türkiyə çempionu olub.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə