Mobil versiya
Bakının bu qəsəbəsinə şəhər statusu verilə bilər
Tarix: 29-11-2026 | Saat: 11:09
Bölmə:Ölkə | çapa göndər

Bakının bu qəsəbəsinə şəhər statusu verilə bilər


Yaxın dövrdə Hövsanda əhalinin sayının ən azı iki dəfə artacağı, hətta qəsəbəyə şəhər statusunun verilə biləcəyi ehtimal olunur.
aia.az xəbər verir ki, bunu "Bakupost"a Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib.

Onun sözlərinə görə, əhalinin artması və ticarət əlaqələrinin genişlənməsi ərazidə yeni MİDA yaşayış binalarının inşasına, eləcə də daşınmaz əmlaka tələbatın yüksəlməsinə səbəb olacaq.

"Son on ildə Hövsanda torpaq sahələrinin qiyməti 4-5 dəfə artıb. Torpaq sahələrinin qiyməti əvvəllər 2-3 min olduğu halda, hazırda 10 minə çatıb. Bu, şəhərə yaxınlıq, infrastrukturun inkişafı və gələcək perspektivlər baxımından əhalinin Hövsana marağının artdığını göstərir.Hesab edirəm ki, beş ildən sonra Hövsanda torpağın qiyməti indiki səviyyə ilə müqayisədə təxminən 2-3 dəfə arta bilər".



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-11-2026