FİFA Trampa verdiyi mükafatı ləğv etməyə hazırlaşır
Tarix: 29-11-2026 | Saat: 13:39
Bölmə:İdman | çapa göndər

Beynəlxalq Futbol Federasiyası (FIFA) FIFA Sülh Mükafatını ləğv etməyə və ya adını dəyişdirməyə hazırlaşır.
aia.az xəbər verir ki, mükafatın ilk qalibi ötən il ABŞ prezidenti Donald Tramp olub.
Xarici mətbuatın yazdığına görə, FIFA bu yaxınlarda mükafatın yaradılmasının səbəblərini və mümkünlüyünü araşdırmaq üçün bir komitəyə tapşırıq verib. Üç yüksək vəzifəli futbol rəsmisinin sözlərinə görə, təşkilat mükafatın ləğvinə və ya adının dəyişdirilməsinə meyllidir. Onlardan ikisi mükafatı yenidən nəzərdən keçirmək istəyinin FIFA prezidenti Canni İnfantino ilə Tramp arasındakı sıx əlaqələrlə bağlı geniş yayılmış narahatlıqları, eləcə də mükafatı gələcəkdə kimin qəbul edəcəyi ilə bağlı suallardan qaynaqlandığını bildiriblər.
Xatırladaq ki, FIFA mükafatın yaradılmasını ötən ilin 5 noyabrında elan edib. Qeyd olunub ki, bu mükafat hər il sarsılmaz sədaqəti və görkəmli əməlləri ilə insanları sülh naminə birləşdirməyə kömək edən insanlara veriləcək.
5 dekabr 2025-ci ildə çempionatın püşkatması zamanı ilk FİFA Sülh Mükafatı Trampa təqdim edilib.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
29-11-2026
28-11-2026