Mobil versiya
Ukraynadan Rusiyaya Qara dəniz təklifi - XİN rəhbəri açıqladı
Tarix: 29-11-2026 | Saat: 10:37
Bölmə:Dünya | çapa göndər

Ukraynadan Rusiyaya Qara dəniz təklifi - XİN rəhbəri açıqladı


Ukrayna vasitəçilər yolu ilə Rusiyaya Qara dənizdə zərbələri dayandırmağı təklif edib və Moskvadan cavab gözləyir.

“aia.az” xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Andrey Sibiqa “Suspilne” telekanalının efirində bildirib.

Xarici siyasət idarəsinin rəhbəri Kiyevin atəşkəsə hazır olduğunu qeyd edib:

“Qara dənizdə gərginliyin azaldılmasında, eləcə də vasitəçilik səylərində fəal və mühüm rol oynayan Hindistana, Türkiyəyə və Misirə minnətdarıq”.

Qeyd edk ki bundan əvvəl ABŞ dövlət katibi Marko Rubio Rusiya və Ukrayna tərəfindən enerji resurslarının, eləcə də taxılın maneəsiz tədarükünü təmin etmək məqsədilə beynəlxalq ictimaiyyətin Qara dənizdə məhdud atəşkəsə marağının artdığını demişdi.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-11-2026