Mobil versiya
ABŞ Arktikada hərbi mövcudluğunu gücləndirir – 500 milyon dollarlıq layihə
Tarix: 27-11-2026 | Saat: 20:23
Bölmə:Özəl | çapa göndər

ABŞ Arktikada hərbi mövcudluğunu gücləndirir – 500 milyon dollarlıq layihə


Donald Tramp administrasiyası Qrenlandiyada hərbi infrastrukturun genişləndirilməsi üçün 500 milyon dollaradək vəsait ayrılmasını nəzərdə tutan tikinti proqramı hazırlayır.

Bu barədə ABŞ-ın “Newsweek” jurnalı məlumat yayıb.

Nəşrin əldə etdiyi satınalma sənədlərinə əsasən, Qrenlandiyanın şimal-qərbində yerləşən Pituffik kosmik bazasının modernləşdirilməsi, yeni anqarların və hərbi təyyarələrə texniki xidmət obyektlərinin tikilməsi planlaşdırılır.

Layihənin ümumi dəyərinin 250–500 milyon dollar arasında olacağı gözlənilir.

Sentyabrın 15-də başlayan satınalma prosesində Danimarka və Qrenlandiya şirkətləri də iştirak edib. Sənaye nümayəndələri ilə məsləhətləşmələr oktyabrın əvvəlində yekunlaşıb.

Layihə sənədlərində müasir döyüş təyyarələrinə, o cümlədən F-35 qırıcılarına texniki xidmət imkanlarının yaradılması ilə bağlı məqamlar da yer alıb.

Bununla belə, Vaşinqton F-35 qırıcılarının Qrenlandiyada yerləşdirilməsi barədə planları hələlik rəsmən təsdiqləməyib.

Yeni hərbi infrastrukturun yaradılması ABŞ-ın Arktika regionundakı strateji mövcudluğunu genişləndirmək planlarının tərkib hissəsi kimi qiymətləndirilir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-11-2026