Mobil versiya
"Real Madrid" onunla müqaviləni uzatdı
Tarix: 27-11-2026 | Saat: 17:44
Bölmə:İdman | çapa göndər

"Real Madrid" onunla müqaviləni uzatdı

İspaniyanın “Real Madrid” klubu futbolçusu Brahim Diasla müqavilənin müddətini uzadıb.

aia.az xəbər verir ki, tərəflər arasında imzalanan yeni sözləşməyə əsasən, mərakeşli yarımmüdafiəçi 2031-ci il iyunun 30-dək Madrid təmsilçisinin formasını geyinəcək.

Brahim Dias 2019-cu ildə - 19 yaşı olarkən “Real Madrid”ə qoşulub. O, klubun heyətində keçirdiyi 6 mövsüm ərzində 173 oyunda meydana çıxıb və 7 titul qazanıb.

Futbolçu bir dəfə UEFA Çempionlar Liqasının, klublararası dünya çempionatının, UEFA Superkubokunun, iki dəfə İspaniya çempionatının və İspaniya Superkubokunun qalibi olub.

Mərakeş millisinin üzvü olan 26 yaşlı futbolçu yığmanın heyətində indiyədək 36 oyun keçirib və 15 qol vurub.

O, 2025-ci il Afrika Millətlər Kubokunun bombardiri olub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-11-2026