Mobil versiya
Cəbrayıla 10 baş ceyran buraxıldı
Tarix: 27-11-2026 | Saat: 16:40
Bölmə:Ölkə | çapa göndər

Cəbrayıla 10 baş ceyran buraxıldı

Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb.

Bu barədə aia.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Xaliq Mirzəyev məlumat verib.

Onun sözlərinə görə, Azərbaycanda vəhşi heyvanların tarixi areallarına qaytarılması və populyasiyalarının bərpası istiqamətində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən növbəti reintroduksiya tədbiri həyata keçirilib:

"Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nda nəzərdə tutulmuş fauna növlərinin bərpası və reintroduksiyası tədbirləri çərçivəsində Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb".

Xidmət rəisi qeyd edib ki, bu günədək işğaldan azad edilmiş ərazilərə 50 baş ceyran buraxılıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-11-2026