Bakıda sakin divar hördü, kanalizasiya suyu binaya sızdı
Tarix: 27-11-2026 | Saat: 18:00
Bölmə:Ölkə | çapa göndər

Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, 77 ünvanından şikayət var.
aia.az xəbər verir ki, sözügedən ünvanda yerləşən ikinci binanın ümumi kanalizasiya borusunda sızma müşahidə olunur.
Sakinlərin sözlərinə görə, məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) əməkdaşları tərəfindən əraziyə baxış keçirilsə də, problem həllini tapmayıb.
Məsələ ilə bağlı oxu.az-ın sorğusuna cavab olaraq İri Şəhərlərin Su Təchizatından bildirilib ki, problemin səbəbi sakinlərdən birinin müdaxiləsi olub:
"Sözügedən ünvanda yerləşən binaya Binəqədi Sukanal İdarəsinin əməkdaşları tərəfindən baxış keçirilib.
Yoxlama zamanı müəyyən edilib ki, kanalizasiya xəttinin yerləşdiyi şaxtanın girişi sakin tərəfindən hörülərək bağlanıb. Qeyd edək ki, mühəndis-kommunikasiya xətlərinin yerləşdiyi şaxtalara texniki baxış və təmir işlərinin aparılması üçün girişin açıq və əlçatan olması zəruridir.
Bu səbəbdən şaxtaya girişin bağlı olması müvafiq işlərin görülməsinə maneə yaradır. Sakinə orada işlərin görülməsi üçün şaxtanın giriş hissəsinin açılmasının zəruriliyi barədə məlumat verilib. Giriş hissə söküldükdən sonra əraziyə yenidən qəza briqadası cəlb olunacaq və lazımi tədbirlər görüləcək".
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
27-11-2026