Ana Sayfa > Özəl > ABŞ Arktikada hərbi mövcudluğunu gücləndirir – 500 milyon dollarlıq layihə
ABŞ Arktikada hərbi mövcudluğunu gücləndirir – 500 milyon dollarlıq layihəBu gün, 20:23. Yazar: vasif |
![]() Donald Tramp administrasiyası Qrenlandiyada hərbi infrastrukturun genişləndirilməsi üçün 500 milyon dollaradək vəsait ayrılmasını nəzərdə tutan tikinti proqramı hazırlayır. Bu barədə ABŞ-ın “Newsweek” jurnalı məlumat yayıb. Nəşrin əldə etdiyi satınalma sənədlərinə əsasən, Qrenlandiyanın şimal-qərbində yerləşən Pituffik kosmik bazasının modernləşdirilməsi, yeni anqarların və hərbi təyyarələrə texniki xidmət obyektlərinin tikilməsi planlaşdırılır. Layihənin ümumi dəyərinin 250–500 milyon dollar arasında olacağı gözlənilir. Sentyabrın 15-də başlayan satınalma prosesində Danimarka və Qrenlandiya şirkətləri də iştirak edib. Sənaye nümayəndələri ilə məsləhətləşmələr oktyabrın əvvəlində yekunlaşıb. Layihə sənədlərində müasir döyüş təyyarələrinə, o cümlədən F-35 qırıcılarına texniki xidmət imkanlarının yaradılması ilə bağlı məqamlar da yer alıb. Bununla belə, Vaşinqton F-35 qırıcılarının Qrenlandiyada yerləşdirilməsi barədə planları hələlik rəsmən təsdiqləməyib. Yeni hərbi infrastrukturun yaradılması ABŞ-ın Arktika regionundakı strateji mövcudluğunu genişləndirmək planlarının tərkib hissəsi kimi qiymətləndirilir. Geri dön |