Mobil versiya
Qanunsuz balıq ovuna qarşı reyd keçirilib
Tarix: 27-11-2026 | Saat: 17:53
Bölmə:Ölkə | çapa göndər

Qanunsuz balıq ovuna qarşı reyd keçirilib

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Balıqçılıq və Akvakultura Mərkəzi”nin Su bioresurslarının mühafizə şöbəsinin və regional bölmələrin, Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin və Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə xidmətinin əməkdaşları tərəfindən reydlər mütəmadi olaraq davam etdirilir. Son zamanlar ovlanması qadağan edilmiş balıq növlərinin qanunsuz ovlaması ilə əlaqədar növbəti faktlar aşkarlanıb.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən aia.az-a bildirilib ki, noyabrın 21-də Siyəzən rayonunun Balaca Həmyə kəndi istiqamətində Xəzər dənizindən qanunsuz balıq ovlayan vətəndaş Tərlan Məmmədovun qayığına baxış zamanı 3 ədəd bölgə (Huso huso) balığı və 1 ədəd rus nərəsi (Acipenser stellatus) balığı, noyabrın 26-da Siyəzən rayonunun Böyük Həmyə kəndi istiqamətində Xəzər dənizindən qanunsuz balıq ovlayan vətəndaş Balağa Atakişiyevin qayığına baxış keçirilən zaman isə qayıqda ovlanması qadağan olunmuş 2 ədəd rus nərəsi (Acipenser gueldenstaedtii) balığı aşkar edilib.

Qanunsuz balıq ovlayan şəxslər barədə qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-11-2026