Sahibə Qafarova parlamentin iclasında çıxış edib
Tarix: 27-11-2026 | Saat: 11:59
Bölmə:Manşet / Siyasət / Parlament | çapa göndər

Hörmətli həmkarlar!
Mən sizə Özbəkistan Ali Məclisi Senatının sədri xanım Tənzilə Narbayevanın başçılıq etdiyi parlament nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri barədə qısa məlumat vermək istəyirəm. Bildiyiniz kimi, səfərdə məqsəd İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumunda iştirak etmək idi.
Noyabrın 25-də parlament sədrlərinin iştirakı ilə forumun açılış mərasimi keçirildi. Tədbir “Azərbaycan-Özbəkistan əbədi dostluq və müttəfiqlik münasibətlərinin parlament ölçüsü” mövzusuna həsr edilmişdi.
Mən çıxışımda qeyd etdim ki, Birinci forumdan ötən dövr ərzində ölkələrimiz arasında qardaşlıq əlaqələri daha da inkişaf etmişdir. Dövlət başçıları cənab İlham Əliyevin və cənab Şavkat Mirziyoyevin qarşılıqlı səfərləri baş tutmuş, Ali Dövlətlərarası Şuranın ikinci və üçüncü iclasları keçirilmişdir. Bu ilin avqustunda Daşkənddə imzalanmış “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə” bu ay Milli Məclis tərəfindən də təsdiqlənmişdir. İki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq genişləndikcə bu əməkdaşlığın hüquqi bazasının təkmilləşdirilməsində parlamentlərimizin rolu da artır.
Hörmətli deputatlar!
Xatırladım ki, Azərbaycan və Özbəkistan parlamentlərinin Birinci forumu ötən ilin iyulunda Xivə şəhərində keçirilmişdir. Həmin tədbirdə biz birgə işimizin prioritetlərini müəyyən etmişdik. Xivə Bəyannaməsi qəbul olunmuş, 2025–2026-cı illər üçün “Yol xəritəsi” və Parlamentlərarası əməkdaşlıq komissiyasının reqlamenti imzalanmışdı.
Bu dəfə biz dövlət rəhbərləri səviyyəsində imzalanmış razılaşmaların qanunvericilik təminatı məsələsinə xüsusi diqqət yetirdik. Panel müzakirələrinin gedişində deputatlar ticarət və investisiya qoyuluşu, energetika, rəqəmsal inkişaf, habelə təhsil, mədəniyyət və gənclər siyasəti sahələrində əməkdaşlıq məsələlərini müzakirə etdilər.
Forumun yekunları ilə bağlı Bakı Bəyannaməsi qəbul edildi. Parlament sədrləri 2027–2028-ci illər üçün yeni “Yol xəritəsi”ni imzaladılar.
Hörmətli həmkarlar!
Forum başa çatdıqdan sonra Azərbaycan və Özbəkistan parlamentləri sədrlərinin iştirakı ilə Parlamentlərarası əməkdaşlıq komissiyasının birinci iclası keçirildi. Həm parlament sədrlərinin, həm də deputatların çıxışlarında parlamentlərarası əlaqələrin vəziyyəti və inkişaf perspektivləri barədə fikirlər səsləndi.
Qeyd olundu ki, Forumun nəticələri ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi baxımından böyük əhəmiyyətə malikdir. İclasda komissiyanın məqsəd və vəzifələri, parlamentlərin profil komitələri arasında birbaşa əlaqələrin genişləndirilməsi imkanları və digər məsələlər müzakirə olundu.
Hörmətli deputatlar!
Əminliklə söyləmək olar ki, Bakı Forumunun yekunları parlamentlərarası əməkdaşlığın daha sistemli xarakter almasını təmin edəcək, Azərbaycanla Özbəkistanın qardaşlıq və müttəfiqlik münasibətlərinin inkişafına töhfə verəcəkdir.
Hörmətli həmkarlar!
Hesab edirəm ki, İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumu həm məzmun, həm də forma baxımından yüksək səviyyəli bir tədbir idi.
Milli Məclisin deputatları, o cümlədən Parlamentlərarası əməkdaşlıq komissiyasının həmsədri, Milli Məclis sədrinin müavini Musa Qasımlı, komitə sədrləri Əli Hüseynli, Azər Əmiraslanov, Səməd Seyidov və digər həmkarlarımız Forumun panel sessiyalarında və komissiyanın iclasında həm moderatorluq etmiş, həm də maraqlı çıxışlar etmişlər.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
27-11-2026
26-11-2026