Mobil versiya
Eldar Quliyev: “Büdcə layihəsi iqtisadi siyasətin uğurlu nəticələri nəzərə alınaraq və hərtərəfli təhlillərə əsaslanaraq hazırlanmışdır”
Tarix: 17-11-2026 | Saat: 13:17
Bölmə:Manşet / Siyasət / Özəl / Parlament | çapa göndər

Eldar Quliyev: “Büdcə layihəsi iqtisadi siyasətin  uğurlu nəticələri nəzərə alınaraq və hərtərəfli təhlillərə əsaslanaraq hazırlanmışdır”

“Təqdim edilən sənədlərin təhlili göstərir ki, iqtisadi artım 2027-ci ilin dövlət büdcəsində də öz əksini tapıb.”

aia.az xəbər verir ki, bunu Milli Məclisin deputatı, Hesablayıcı komissiyanın sədri Eldar Quliyev Parlamentin plenar iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib. Millət vəkili bildirib ki, gələn il respublikamızda Ümumi Daxili Məhsulun 2,7 faiz artması gözlənilir və bu da öz növbəsində həm gəlirlərin və həm də xərclərin bütün təsnifat paraqrafları səviyyəsində artımına zəmin yaradır: “Büdcə layihəsi ölkəmizdə aparılan iqtisadi siyasətin uğurlu nəticələri nəzərə alınaraq hərtərəfli qaydada təhlillərə əsaslanaraq hazırlanmışdır.”

Daha sonra Eldar Quliyev “Böyük Qayıdış” proqramının icrası ilə bağlı təklif irəli sürüb: “Hazırda Qarabağa Böyük Qayıdış Proqramı həyata keçirilir. Yaxşı olar ki, bu Proqramda ilk növbədə yataqxanalarda məskunlaşan əhalinin köçürülməsi təmin edilşin. Belə olarsa həmin yataqxanalarda ehtiyacı olan tələbələrə əlverişli şərait yaratmaq olar.”



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-11-2026