Tənzilə Rüstəmxanlı Neftçalanın sosial problemlərindən danışdı
Tarix: 17-11-2026 | Saat: 11:48
Bölmə:Parlament | çapa göndər

"Neftçalanın bəzi yaşayış məntəqələri hələ də təbii qazla təmin edilməyib".
aia.az xəbər verir ki, bunu deputat Tənzilə Rüstəmxanlı Milli Məclisin 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib.
Təmsil etdiyi Neftçala rayonunun sosial problemlərini diqqətə çatdıran deputat bildirib ki, bu məsələlərlə bağlı dəfələrlə aidiyyəti qurumlara, o cümlədən cari ilin martın 31-də şəxsən baş nazirə müraciət edib.
Onun sözlərinə görə, rayonun bəzi yaşayış məntəqələrinin qazlaşdırılmaması əsas problemlərdən biridir. Xüsusilə Qaravəlli massivində eyni yolun bir tərəfindəki evlərə qaz verildiyi halda, digər tərəfdə yaşayan ailələr bu imkandan məhrumdur. Yeni Büslək kəndində də qazlaşdırma problemi qalmaqdadır. Deputat bildirib ki, kəndin qaz xəttinə qoşulması üçün ana xətdən altı kilometr məsafədə boru çəkilməli və bunun üçün büdcədən vəsait ayrılmalıdır.
Tənzilə Rüstəmxanlı Qaravəlli massivində elektrik təchizatı ilə bağlı problemin həllinə görə “Azərişıq” ASC-nin rəhbərliyinə də təşəkkür edib. O bildirib ki, müraciətdən sonra ərazidə elektrik dirəkləri yenilənib və ciddi işıq problemi aradan qaldırılıb.
Deputat Həsənabad qəsəbəsindəki vəziyyətə də diqqət çəkib. Bildirib ki, yeddi kəndi birləşdirən qəsəbənin məktəbi köhnə və qəzalı vəziyyətdədir. Təhsil müəssisəsinin sadəcə təmirə deyil, yenidən tikilməsinə ehtiyac var.
Tənzilə Rüstəmxanlı Həsənabad qəsəbəsində içməli su təchizatının da ciddi problem olaraq qaldığını vurğulayıb.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
17-11-2026