Mobil versiya
Hakan Fidandan Rusiyanın Qara dənizdəki hücumlarına reaksiya
Tarix: 17-11-2026 | Saat: 09:57
Bölmə:Dünya | çapa göndər

Hakan Fidandan Rusiyanın Qara dənizdəki hücumlarına reaksiya

Rusiya Ukrayna ilə uzunmüddətli sülh olmadan Qara dənizdə müvəqqəti atəşkəsdə maraqlı deyil.

aia.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.

"Fakt budur ki, Rusiya uzunmüddətli sülh müqaviləsi bağlamadan Ukrayna ilə Qara dənizdə müvəqqəti müqavilə bağlamaq istəmir", - deyə Fidan bildirib.

Onun sözlərinə görə, Türkiyənin tərəflərdən birinin atəşkəsə meylli olmadığı bir vəziyyətdə tərəflər arasında qarşılıqlı anlaşmaya necə nail olmaq barədə fikirləri var.

"Lakin, bu mərhələdə bu fikirləri bölüşmək üçün hələ tezdir", - deyə o qeyd edib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan daha əvvəl Rusiya və Ukraynanı Qara dənizdə döyüşləri dayandırmağa və "məsuliyyətlə hərəkət etməyə" çağırmışdı.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-11-2026