Deputat turizm üzrə ali təhsil ocaqlarında təhsil müddətinin 4 ildən 3 ilə endirilməsini təklif edib
Tarix: 17-11-2026 | Saat: 12:34
Bölmə:Manşet / Parlament | çapa göndər

“Ali təhsil müəssisələrinin əksəriyyətinin “Elmlər Akademiyası” metro stansiyası ətrafında cəmləşməsi bu ərazidə dərs saatlarında ciddi sərnişin sıxlığına səbəb olur.”
aia.az xəbər verir ki, bunu millət vəkili Göydəniz Qəhrəmanov Milli Məclisin plenar iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib. Deputat bildirib ki, ərazidə avtobus marşrutlarının artırılması və ictimai nəqliyyat şəbəkəsinin genişləndirilməsi istiqamətində müvafiq tədbirlərin görülməsinə ehtiyac var.
Millət vəkilinin toxunduğu digər məsələ, turizm yönümlü ali təhsil müddətinin optimallaşdırılması ilə bağlı olub. Göydəniz Qəhrəmanov ölkəmizdə turizm sektorunun sürətlə genişləndiyini və ildən-ilə bu sahədə ixtisaslı kadrlara tələbatın artdğını nəzərə alaraq təklif edib ki, turizm üzrə ali təhsil ocaqlarında təhsil müddəti 4 ildən 3 ilə endirilsin. Bu yanaşma gənclərin əmək bazarına daha tez inteqrasiya olunmasına və xidmət sektorunun ixtisaslı kadrlarla operativ təmin edilməsinə geniş imkan açacaq.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
17-11-2026