Mobil versiya
Milli Məclisdə büdcə müzakirələri davam edir
Tarix: 17-11-2026 | Saat: 11:11
Bölmə:Parlament | çapa göndər

Milli Məclisdə büdcə müzakirələri davam edir

Milli Məclisdə 2027-ci ilin dövlət büdcəsi və əlaqəli maliyyə sənədlərinin müzakirəsi davam edir.

aia.az xəbər verir ki, parlamentin noyabrın 17-də keçirilən plenar iclasının gündəliyinə Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun 2027-ci il büdcələri, həmçinin gələn il üçün yaşayış minimumu və ehtiyac meyarının həddi haqqında qanun layihələri daxil edilib.

Bundan başqa, iclasda bir sıra məcəllə və qanunlarda dəyişiklik edilməsi barədə üç qanun layihəsinin birinci oxunuşda müzakirəsi nəzərdə tutulub.

Gündəliyə, həmçinin Milli Məclisin və Hesablama Palatasının 2027-ci il üçün xərclər smetası haqqında qərar layihələri daxil edilib.

Qeyd edək ki, parlamentin noyabrın 16-da keçirilən iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirə olunub. Büdcə müzakirələri noyabrın 18-də də davam edəcək.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-11-2026