Mobil versiya
Deputat "Bura danışmaqxanadı" dedi, spiker irad bildirdi
Tarix: 17-11-2026 | Saat: 12:48
Bölmə:Manşet / Parlament | çapa göndər

Deputat "Bura danışmaqxanadı" dedi,

"Mənim haqqımı heç kim ala bilməz. Bəziləri yerlərdən deyir ki, 3-5 dəqiqə. Qardaş, danışmaq istəmirsən, danışma. Başqalarına niyə yol göstərirsən? Bu Milli Məclisdi, danışmaqxanadı. Danışmağa sərhəd qoymaq olmaz”.

aia.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deputat Səyyad Aran deyib.

Spiker Sahibə Qafarova isə deputatın fikirlərinə iradını bildirib:

“Bura danışmaqxana deyil. Parlament etikasından və leksikasından istifadə edin. Reqlamentin 5 dəqiqəyə keçirilməsi təklif edildi, səsə qoyuldu və qəbul edildi. Ürəyiniz nə qədər istəyirsə, danışın”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-11-2026