Qazaxda 8 noyabr - Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər keçirilir -Fotolar
Tarix: 05-11-2026 | Saat: 10:50
Bölmə:Özəl | çapa göndər

04 noyabr 2026- cı il tarixdə Qazax rayonu Xanlıqlar kəndi ərazisində 8 noyabr - Zəfər Günü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib.
Aksiyada Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatının sədri Anar Nəbiyev, partiya fəalları, idarə, müəssisə, təşkilat rəhbərləri və əməkdaşları, könüllülər iştirak ediblər.
Qazax rayonu Xanlıqlar kəndi ərazisində keçirilən aksiyada 300 ədəd badam ağacı əkilib. Ərazidə abadlıq işləri aparılıb, ağacların dibi yumşaldılıb, suvarılıb, aqrotexniki qulluq göstərilib .
Yeni Azərbaycan Partiyası (YAP) Qazax rayon təşkilatının və Qazax rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 8 noyabr - Zəfər Gününə həsr olunmuş növbəti tədbir rayon təşkilatının inzibati binasında "Dünyaya günəş kimi doğan Azərbaycan" mövzusunda keçirilib.
Tədbir Ümummilli Lider Heydər Əliyevin büstünün ziyarətilə başlanıb, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və müqəddəs şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev qeyd edib ki, altı il əvvəl Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində Azərbaycan xalqının mübarizliyi və iradəsi, iqtisadi və hərbi gücü, əsgər və zabitlərimizin fədakarlığı, xalq-iqtidar birliyi, Lider - xalq sevgisi nəticəsində ölkəmizin misilsiz tarixi qələbəsi təmin edildi. Bu gün Azərbaycanın işğaldan azad olunmuş ərazilərində geniş bərpa-quruculuq işləri sürətlə davam etdirilir, Qarabağ və Şərqi Zəngəzurda ən müasir infrastruktur layihələr reallaşdırılır, “Böyük Qayıdış” proqramı uğurla icra olunur, uzun illər sonra öz yurd-yuvalarına geri dönən soydaşlarımızın rahat yaşayışı üçün bütün şəraitlər yaradılır.
Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qəhrəman şəhidlərimizin, igid qazilərimizin, cəsur hərbiçilərimizin keçdiyi şərəfli döyüş yolundan, misilsiz qəhrəmanlığından ətraflı danışıb. R.Babaşov mövcud Azərbaycan reallıqlarından, Ulu Heydər Əliyev siyasi kursunun bu gün Möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, Azərbaycanın zaman - zaman öz hədəflərinə çatmasından geniş bəhs edib.
Tədbirdə Vətən müharibəsi qazisi, ehtiyatda olan kapitan, 3-cü dərəcəli "Rəşadət" ordenli Samir Çobanov, partiya fəalı Aygün Musayeva şəhid atası Elxan Abdullayev və Qədir Əfəndiyev, ehtiyatda olan polkovnik-leytenant, III dərcəli Vətənə xidmətə görə ordenli İsgəndər Mustafayev möhtəşəm tarixi qələbənin qazanılmasından, qüdrətli Azərbaycan ordusunun dünya hərb tarixinə bənzəri olmayan yeni bir səhifə yazmasından, xalq-ordu birliyindən ətraflı danışıblar.
Partiya veteranı şair Cavanşir Rüstəm və Kazım Kazımlı möhtəşəm Zəfərə həsr etdikləri şeirlərini səsləndiriblər.
Daş Salahlı kənd 1saylı tam orta məktəbin şagirdləri Zəfər Gününə həsr olunmuş müxtəlif ədəbi - bədii kompazisiya ilə çıxış ediblər.
Tədbirin sonunda YAP Qazax rayon təşkilatının yaradılmasında, təşkilatlanmasında və inkişafında xüsusi xidmətlərinə görə bir qrup partiya veteranı rayon təşkilatının Fəxri Fərmanı ilə təltif olunub, onlara hədiyyələr verilib.
YAP sıralarına yeni qəbul olunmuş gənclərə partiya üzvlük vəsiqələri təqdim edilib.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
05-11-2026
12:16 İşsiz şəxslərə şad xəbər
11:42 Çipsi aksizli mal olacaq
10:58 FHN-dən əhaliyə çağırış