Mobil versiya
Məhkəmədə Elza Seyidcahan Rəşid Mahmudova qalib gəldi
Tarix: 07-10-2026 | Saat: 11:58
Bölmə:Şou-biznes | çapa göndər

Məhkəmədə Elza Seyidcahan Rəşid Mahmudova qalib gəldi

Əməkdar artist, bəstəkar Elza Seyidcahanın (Qasımova) tibb elmləri namizədi Rəşid Mahmudova qarşı iddiası üzrə məhkəmə prosesi keçirilib.

aia.az Apa-ya istinadən xəbər verir ki, mülki iddiaya Yasamal rayon Məhkəməsində hakim Fuad Hüseynovun sədrliyi ilə baxılıb.

Prosesdə Elza Seyidcahanın vəkili Elşən Behbudov mülki iddianın təmin olunmasını məhkəmədən xahiş edib.

Məhkəmə iddianın qismən qəmin edilməsi barədə qərar qəbul edib. Qərara əsasən, Rəşid Mahmudov Elza Seyidcahana mənəvi ziyana görə, 500 manat məbləğində vəsait ödəməlidir.

Qeyd edək ki, Elza Seyidcahan Rəşid Mahmudovun efirdə onun barəsində təhqiramiz ifadə işlətdiyini iddia edərək məhkəməyə müraciət edib. O, Rəşid Mahmudovun mənəvi zərərə görə ona 10 min manat ödəməsini istəyib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-10-2026