Novruzəli Aslanov: “Füzuliyə keçmiş məcburi köçkünlərin qayıdışı bu günümüzün ən qürurverici reallıqlarındandır”
Tarix: 07-10-2026 | Saat: 10:58
Bölmə:Manşet / Siyasət | çapa göndər

“44 günlük Vətən müharibəsi Azərbaycan xalqının müasir tarixində qəhrəmanlıq, iradə və milli birlik salnaməsi kimi xüsusi yer tutur. Bu tarixi Zəfərin əldə olunmasında Şanlı Azərbaycan Ordusunun əsgər və zabitlərinin misilsiz şücaəti həlledici rol oynadı. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev öz çıxışlarında hər zaman vurğulayır ki, istənilən müharibədə qələbəni döyüş meydanında əsgər və zabit qazanır. Məhz onlar öz canları və qanları bahasına düşmən üzərinə gedir, torpaqları azad edir və Azərbaycan bayrağını həmin ərazilərdə ucaldırlar. Füzuli uğrunda aparılan döyüşlər Vətən müharibəsinin ən ağır və strateji baxımdan mühüm əməliyyatlarından biri idi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Ordumuz düşmənin müdafiə xəttini qısa müddətdə yararaq tarixi Qələbəyə doğru mühüm addım atdı. 17 oktyabr 2020-ci ildə Füzuli şəhərinin, eləcə də rayonun bir sıra kəndlərinin işğaldan azad olunması Azərbaycan xalqının çoxdan gözlədiyi tarixi hadisə oldu. Vətən müharibəsi dövründə ümumilikdə Füzuli rayonunun 62 yaşayış məntəqəsi işğaldan azad edildi. Bu Qələbə yalnız hərbi uğur deyil, həm də tarixi ədalətin bərpası, xalqımızın öz doğma torpaqlarına qayıdış yolunun açılması idi.”
Bu sözləri aia.az-a açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.
Millət vəkili qeyd edib ki, Füzulinin azad olunmasından sonra rayonun tarixində tamamilə yeni mərhələ başlayıb: “Bu gün Azərbaycan işğaldan azad edilmiş bütün ərazilərdə, o cümlədən Füzulidə böyük vüsətlə bərpa və quruculuq işləri həyata keçirir. İşğal dövründə erməni vandalizmi nəticəsində xarabalığa çevrilmiş şəhər və kəndlərimiz yenidən qurulur, müasir yaşayış məkanları yaradılır, keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışı təmin edilir. Füzulidə bu işlərin həyata keçirilməsi, şübhəsiz ki, asan deyil. Rayon azad edilmiş ərazilər arasında mina ilə ən çox çirkləndirilmiş rayonlardan biridir. İlkin hesablamalara görə, Füzuli rayonunun ərazisində yüz mindən çox mina basdırılıb. Ermənistanın işğal dövründə həyata keçirdiyi bu cinayət əməlləri bu gün də insanların həyat və sağlamlığı üçün ciddi təhlükə yaradır, bərpa və yenidənqurma prosesini çətinləşdirir. Məhz buna görə də ərazilərin minalardan təmizlənməsi Böyük Qayıdış Proqramının təhlükəsiz və ardıcıl şəkildə həyata keçirilməsi üçün əsas şərtlərdən biridir. Bununla yanaşı, mina təhlükəsinə baxmayaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə Füzulidə genişmiqyaslı layihələr ardıcıl şəkildə reallaşdırılır. Şəhərin gələcək inkişafı üçün 2040-cı ilədək Baş plan təsdiq olunub. Yeni avtomobil yolları, enerji və su infrastrukturu yaradılır, mühüm sosial və iqtisadi layihələr həyata keçirilir. Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi və rayonun müasir yol şəbəkəsi ilə təmin olunması bölgənin inkişaf perspektivlərini daha da genişləndirir. Böyük Qayıdış Proqramı çərçivəsində Füzuliyə keçmiş məcburi köçkünlərin qayıdışı artıq reallığa çevrilib. İnsanlar uzun illər davam edən ayrılıqdan sonra öz doğma yurdlarına dönür, yeni evlərdə məskunlaşır, azad edilmiş torpaqlarda həyat yenidən canlanır. Bu proses Azərbaycanın tarixi Zəfərinin ən mühüm və ən humanist nəticələrindən biridir. Ermənistan isə işğal dövründə törətdiyi vandalizm aktlarına, tarixi və mədəni irsə vurduğu ziyana, mülki infrastrukturu dağıtmasına və torpaqlarımızı minalarla çirkləndirməsinə görə məsuliyyət daşımalıdır. Bu istiqamətdə dəymiş ziyanın müəyyənləşdirilməsi, müvafiq qiymətləndirmələrin aparılması və Ermənistanın törətdiyi cinayətlərin beynəlxalq hüquqi müstəvidə qiymətləndirilməsi mühüm əhəmiyyət kəsb edir. 17 Oktyabr – Füzuli şəhəri günü bu baxımdan yalnız tarixi hərbi Qələbənin ildönümü deyil. Bu tarix şəhidlərimizin qəhrəmanlığını, Ordumuzun şücaətini, dövlətimizin siyasi iradəsini və azad edilmiş torpaqlarda başlayan yeni həyatın böyük mənasını özündə birləşdirir” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
07-10-2026