Ana Sayfa > Dünya > Ronaldo oğluna görə Portuqaliya millisinə tüpürüb getdi – Yeni detal üzə çıxdı
Ronaldo oğluna görə Portuqaliya millisinə tüpürüb getdi – Yeni detal üzə çıxdıBu gün, 13:00. Yazar: vasif |
![]() Kriştiano Ronaldonun Portuqaliya millisinin düşərgəsini tərk etməsinin səbəbləri ilə bağlı yeni detallar ortaya çıxıb. aia.az xəbər verir ki, SAPO Desporto-nun məlumatına görə, futbolçunun qərarına təkcə baş məşqçi Jorje Jezuşla yaşanan gərginlik deyil, böyük oğlu Kriştiano Juniorla bağlı məsələ də təsir göstərib. Portuqaliyanın idman dairələrində Kriştiano Juniorun ölkənin U-16 yığmasına çağırılmamasının Ronaldonu ciddi şəkildə narazı saldığı bildirilir. “Record” nəşrinin baş redaktor müavini Vitor Pintu da bunu təsdiqləyən açıqlama verib: “Onun Kriştiano Juniorun milliyə çağırılmamasından məyus olduğu məlumdur”. Bununla belə, jurnalist vurğulayıb ki, oğlunun U-16 yığmasına dəvət edilməməsi Ronaldonun düşərgəni tərk etməsinin birbaşa səbəbi olmaya bilər. Bu hadisənin baş məşqçi ilə yaranmış gərginlik fonunda əlavə amillərdən birinə çevrildiyi bildirilir. Geri dön |