Naxçıvanın regiondakı rolu əhəmiyyətli dərəcədə yüksələcək - ŞƏRH
Tarix: 12-08-2026 | Saat: 15:57
Bölmə:Siyasət | çapa göndər

Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri önəmli sosial, iqtisadi və siyasi hadisələrlə yadda qaldı. Xüsusilə səfər çərçivəsində verdiyi müsahibədə səsləndirdiyi fikirlər göstərdi ki, Naxçıvanın bundan sonrakı inkişafını yalnız bir regionun sosial-iqtisadi tərəqqisi kimi deyil, həm də qlobal bir məsələ dəyərləndirmək lazımdır.
Ölkəmzin başçısının müsahibədəki hədəflərindən də aydın görünür ki, qarşıdakı dövrdə. Naxçıvanın həm ölkə daxilində, həm də bütövlükdə regionda rolu əhəmiyyətli dərəcədə yüksələcək. Prezidentin müsahibəsində diqqət çəkən mühüm məqamlardan biri Naxçıvanın inkişafının Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı quruculuq prosesi ilə vahid strateji baxış çərçivəsində təqdim olunmasıdır. Dövlət rəhbəri yaşıl enerji, kənd təsərrüfatı, suvarma, turizm və infrastruktur istiqamətlərində görülən işlərdən danışaraq bu bölgələrin iqtisadi baxımdan bir-biri ilə əlaqələndiriləcəyini vurğulayıb. Məhz bu yanaşma faktiki olaraq Azərbaycanın qərb bölgələrindən Naxçıvana qədər uzanan yeni iqtisadi inkişaf məkanının formalaşdırılması anlamını daşıyır.
Yaxın gələcəkdə Naxçıvanda nəqliyya kommunikasiyalarının yaradılması region üçün mühüm strateji əhəmiyyət daşıyır. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz bağlantının təmin olunması təkcə ölkəmizin daxili kommunikasiyası məsələsi deyil, həm də Türkiyə ilə Azərbaycan arasında əlaqələrin daha da genişləndirilməsi deməkdir. Eyni zamanda, Zəngəzur dəhlizinin açılması nəiniki Naxçıvanın, ümumilikdə Orta Dəhlizin imkanlarını genişləndirəcək. Yəni, Mərkəzi Asiyadan Avropaya uzanan nəqliyyat-logistika sisteminə yeni imkanlar yaranacaq.
Sözügedən müsahibədə qeyd edildiyi kimi, yeni kommunikasiya imkanlarından regionun digər dövlətləri, o cümlədən Ermənistan da yararlanacaqdır.Yəni, Azərbaycan liderinin bu məsələdə ortaya qoyduğu yanaşma çox aydın və humanistdir- yeni əməkdaşlıq modelində iqtisadi və nəqliyyat baxımından uduzan tərəf olmayacaq.
Məlumdur ki, muxtar respublikanın inkişaf strategiyasının digər mühüm istiqaməti enerji sektorudur. Buranın günəş enerjisi potensialı, burada həyata keçirilən yeni enerji layihələri Naxçıvanın gələcəkdə «yaşıl enerji» istehsalı və ixracı mərkəzlərindən birinə çevrilməsi üçün ciddi imkanlar yaradır. Naxçıvan üzərindən Türkiyəyə və oradan Avropaya enerji bağlantılarının yaradılması bu bölgənin əhəmiyyətini Azərbaycan sərhədlərindən kənara çıxaracaq. Həmçinin burada sənayeləşmə, sahibkarlığın inkişafı, yeni iş yerlərinin yaradılması, kənd təsərrüfatı, su təminatı, turizm və sosial infrastruktur üzrə həyata keçirilən layihələr kompleks xarakter daşıyır. Naxçıvanda mühüm hədəflərdən biri də yeni obyektlərin tikilməsi ilə bərabər, burada uzunmüddətli və dayanıqlı iqtisadi model formalaşdırmaqdır.
Muxtar respublikanın tarixi və mədəni potensialının qorunması da bu inkişaf modelinin tərkib hissəsidir. Xüsusilə Möminə xatun türbəsi kimi dünya əhəmiyyətli memarlıq abidələrinin bərpası, Əcəmi Naxçıvani irsinə göstərilən qayğı, eyni zamanda, tarixi-mədəni məkanların yenilənməsi Naxçıvanın beynəlxalq turizm potensialının daha geniş şəkildə təqdim olunmasına imkan yaradacaq.
Bütövlükdə Prezident İlham Əliyevin Naxçıvan səfəri və müsahibəsində verdiyi mesajlar əsas strateji nəticəni ön plana çıxarır: Naxçıvan Azərbaycanın yeni regional siyasətində məhdud coğrafiya deyil. Əksinə, ölkəmizi beynəlxalq aləmlə, o cümlədən Türk dünyası ilə birləşdirən əsas strateji məkandır.
Bu arada Prezident İlham Əliyev avqustun 12- də Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncamla muxtar respublikanın inkişafı üçün dövlət büdcəsindən 258 milyon manat vəsait ayrılıb. Bu isə o deməkdir ki, muxtar respublikanın inkişafında yeni dövr başlayır.
İsmayıl İbrahimov,
YAP Hacıqabul rayon təşkilatının sədri
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər