Azərbaycan-Qırğızıstan münasibətlərinin yeni strateji mərhələsi
Tarix: 03-08-2026 | Saat: 09:58
Bölmə:Siyasət | çapa göndər

Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstana dövlət səfəri və səfər çərçivəsində səsləndirdiyi bəyanatlar Azərbaycan-Qırğızıstan münasibətlərinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu bir daha nümayiş etdirdi. Son illər dinamik inkişaf edən əlaqələr artıq dostluq və tərəfdaşlıq çərçivəsini aşaraq, strateji müttəfiqlik məzmunu qazanıb. Dövlət başçısının vurğuladığı kimi, müttəfiqlik münasibətləri böyük məsuliyyət deməkdir və hər iki ölkə bu məsuliyyəti bölüşməyə tam hazırdır. Bu yanaşma iki dövlətin yalnız ikitərəfli münasibətlərdə deyil, beynəlxalq platformalarda, iqtisadi-ticari əməkdaşlıqda, eləcə də təhlükəsizlik məsələlərində də bir-birinə etibarlı tərəfdaş kimi dəstək vermək əzmindən xəbər verir.
Səfər zamanı imzalanmış geniş sənədlər paketi də bu siyasi iradənin praktik nəticəsidir. Müxtəlif istiqamətləri əhatə edən razılaşmalar iki ölkə arasında əməkdaşlığın artıq sistemli və uzunmüddətli xarakter aldığını göstərir. Əvvəlki illərdə əldə edilmiş razılaşmaların uğurla icra olunması yeni sənədlərin də real nəticələr verəcəyinə inam yaradır. Bu baxımdan Çolpon-Ata Bəyannaməsi Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığının inkişafında yeni mərhələnin əsas siyasi sənədi kimi xüsusi əhəmiyyət daşıyır və ölkəmizin regionla münasibətlərinin daha da dərinləşməsinə mühüm töhfə verir.
Səfərin iqtisadi nəticələri də xüsusi diqqət çəkir. Azərbaycan-Qırğız İnvestisiya Fondunun nizamnamə kapitalının iki dəfə artırılaraq 200 milyon dollara çatdırılması iqtisadi əməkdaşlığın miqyasının genişləndirilməsi istiqamətində atılmış mühüm addımdır. Bu qərar hər iki ölkənin qarşılıqlı investisiyalara, birgə istehsalın inkişafına və yeni iş yerlərinin yaradılmasına böyük önəm verdiyini göstərir. Fondun artıq konkret layihələrlə zəngin fəaliyyət göstərməsi onun gələcəkdə daha böyük maliyyə imkanlarına malik olacağını da istisna etmir.
İssık-Kul gölünün sahilində Azərbaycan dövlətinin vəsaiti hesabına inşa edilmiş beşulduzlu “Bakı” hotelinin istifadəyə verilməsi də iqtisadi əməkdaşlığın uğurlu nümunələrindən biridir. Bu layihə təkcə turizm infrastrukturuna töhfə deyil, həm də Azərbaycanın dost ölkələrin inkişafına verdiyi dəstəyin və qarşılıqlı etimadın rəmzidir. “Bakı” adını daşıyan bu kompleks iki xalq arasında dostluğun uzunmüddətli simvoluna çevriləcək. Azərbaycan ilə Qırğızıstanı birləşdirən əsas amillərdən biri də ortaq tarix, mədəniyyət və mənəvi dəyərlərdir. Qarabağın bərpasına Qırğızıstanın verdiyi dəstək, Ağdam rayonunda “Manas” adını daşıyan məktəbin inşası qardaşlığın real ifadəsidir. Eyni zamanda Bakıda Çingiz Aytmatovun abidəsinin və adını daşıyan parkın yaradılması, Bişkekdə Qırğızıstan-Azərbaycan dostluğu parkının salınması, qarşılıqlı Mədəniyyət Günlərinin keçirilməsi humanitar əməkdaşlığın getdikcə daha da gücləndiyini göstərir. Bu layihələr ortaq köklərə malik xalqların bir-birinə mənəvi bağlılığını daha da möhkəmləndirir.
Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinin liderlərinə Azərbaycanın Mərkəzi Asiya Məşvərət görüşlərinə tamhüquqlu üzv qəbul olunmasına görə təşəkkür etməsi də xüsusi siyasi məna daşıyır. Bu qərar Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin institusional əsasda inkişaf etdiyini, ölkəmizin regionun etibarlı tərəfdaşı kimi qəbul olunduğunu təsdiqləyir.
Səfərin rəmzi məqamlarından biri isə dövlət başçılarının qarşılıqlı ali dövlət təltiflərinə layiq görülməsi oldu. Prezident İlham Əliyevin Qırğız Respublikasının birinci dərəcəli “Manas” ordeni, Prezident Sadır Japarovun isə Azərbaycanın ən yüksək dövlət mükafatı olan “Heydər Əliyev” ordeni ilə təltif edilməsi iki ölkə arasında münasibətlərin yüksək səviyyəsinə verilən qiymətin ifadəsidir. Bu qarşılıqlı ehtiram həm də Azərbaycan-Qırğızıstan dostluğunun möhkəm siyasi təmələ, qarşılıqlı etimada və ortaq gələcək baxışına söykəndiyini nümayiş etdirir. Bütün bunlar göstərir ki, Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri iki qardaş ölkə arasında münasibətləri yeni strateji mərhələyə yüksəldən mühüm tarixi hadisə kimi yadda qalacaq.
Emil Tağıyev,
YAP Xaçmaz rayon təşkilatının sədri.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
03-08-2026
08:41 Bu 5 yolda sıxlıq var
02-08-2026