Tamam Cəfərova: "Azərbaycan - Qırğızıstan münasibətləri Türk dünyasında siyasi həmrəyliyin güclənməsinə mühüm töhfə verdi"
Tarix: 01-08-2026 | Saat: 22:14
Bölmə:Manşet / Siyasət | çapa göndər

Prezident İlham Əliyevin 2026-cı il iyulun 31-də Qırğızıstan Respublikasına həyata keçirdiyi dövlət səfəri Azərbaycanın Mərkəzi Asiya istiqamətində həyata keçirdiyi uğurlu xarici siyasətin növbəti mühüm nailiyyəti kimi tarixə düşdü. Səfər çərçivəsində keçirilən yüksəksəviyyəli görüşlər, imzalanan sənədlər və dövlət başçılarının mətbuata bəyanatları Bakı ilə Bişkek arasında münasibətlərin keyfiyyətcə tamamilə yeni inkişaf mərhələsinə qədəm qoyduğunu nümayiş etdirdi. Bu səfər təkcə iki dost və qardaş ölkə arasında əlaqələrin möhkəmlənməsinə deyil, həm də Türk dünyasında siyasi həmrəyliyin və strateji əməkdaşlığın daha da güclənməsinə mühüm töhfə verdi.
Bu fikirləri aia.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.
Deputat bildirib ki, səfərin ən mühüm siyasi nəticəsi Azərbaycan Respublikası ilə Qırğızıstan Respublikası arasında Müttəfiqlik haqqında Müqavilənin imzalanması oldu. Bu sənəd iki ölkə arasında münasibətləri strateji tərəfdaşlıq səviyyəsindən müttəfiqlik səviyyəsinə yüksəldərək qarşılıqlı etimadın, siyasi həmrəyliyin və uzunmüddətli əməkdaşlığın hüquqi əsaslarını daha da möhkəmləndirdi. Bununla da Qırğızıstan Qazaxıstan və Özbəkistandan sonra Azərbaycanın Mərkəzi Asiyada üçüncü müttəfiqinə çevrildi. Bu, Azərbaycanın regionda artan nüfuzunun, etibarlı tərəfdaş kimi qazandığı yüksək etimadın və Prezident İlham Əliyevin ardıcıl, uzaqgörən xarici siyasət kursunun növbəti mühüm nəticəsidir.
Səfər zamanı Prezident İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarovun bir-birlərini ölkələrinin ən ali dövlət mükafatları ilə təltif etmələri də müstəsna siyasi və rəmzi məna daşıyır. Diplomatik praktikada bu qəbilədən olan ali dövlət təltifləri yalnız ən yaxın müttəfiqlər və strateji tərəfdaşlar arasında təqdim edilir. Bu addım yalnız iki dövlət başçısı arasında formalaşmış qarşılıqlı etimadın və səmimi münasibətlərin ifadəsi deyil, həm də Azərbaycan ilə Qırğızıstan arasında əməkdaşlığın uzunmüddətli, etibarlı və dönməz xarakter daşıdığını təsdiqləyən mühüm siyasi mesajdır. Qarşılıqlı ali dövlət mükafatlarının təqdim olunması Müttəfiqlik haqqında Müqavilənin imzalanmasının məntiqi davamı olmaqla, tərəflərin gələcəkdə də siyasi dialoqu, iqtisadi əməkdaşlığı, təhlükəsizlik, nəqliyyat-logistika və Türk dünyasının inteqrasiyası istiqamətində birgə fəaliyyətini daha da genişləndirmək əzmini nümayiş etdirdi.
Prezident İlham Əliyev mətbuata bəyanatında imzalanan müqavilənin tarixi əhəmiyyətini xüsusi vurğulayaraq bildirib: “Müttəfiqlik münasibətləri çox böyük məsuliyyət deməkdir və biz bu məsuliyyətə hazırıq. Bu gün biz Sizinlə dövlətlərarası münasibətləri ən yüksək səviyyəyə qaldırdıq, qarşılıqlı fəaliyyətimizin möhkəmlənməsinə birgə səyləri bir daha nümayiş etdirdik.” Dövlət başçısının bu fikirləri Azərbaycanın müttəfiqlik münasibətlərinə yalnız siyasi bəyanat kimi deyil, konkret öhdəliklərə və qarşılıqlı etimada əsaslanan strateji əməkdaşlıq modeli kimi yanaşdığını göstərir.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, müttəfiqlik münasibətləri qarşılıqlı məsuliyyət, etimad və ortaq maraqlara söykənir. Dövlət başçısı vurğulayıb: “Biz bütün təşəbbüslərdə - həm beynəlxalq platformalarda, həm də iqtisadi-ticari sahədə və təhlükəsizliyin möhkəmləndirilməsində bir-birimizi bundan sonra da dəstəkləyəcəyik.” Bu bəyanat göstərir ki, Azərbaycan və Qırğızıstan bundan sonra beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyi daha da gücləndirəcək, iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, nəqliyyat-kommunikasiya layihələrinin inkişafı, regional təhlükəsizlik və digər strateji istiqamətlər üzrə əməkdaşlığı yeni məzmunla zənginləşdirəcəklər.
Səfər çərçivəsində imzalanan sənədlər paketi də münasibətlərin çoxşaxəli xarakterini əks etdirir. Prezident İlham Əliyevin sözləri ilə desək: “Bu gün imzalanan sənədlər zərfi qarşılıqlı fəaliyyətimizin geniş sferasını nümayiş etdirir. Əminəm ki, səfərimin nəticələrinə görə əldə olunan razılaşmalar da əvvəlkilər kimi uğurla həyata keçiriləcək.” Bu fikirlər iki ölkə arasında əməkdaşlığın yalnız siyasi dialoqla məhdudlaşmadığını, iqtisadiyyat, investisiya, nəqliyyat, rəqəmsal inkişaf, energetika, təhsil, mədəniyyət və humanitar sahələri də əhatə edən geniş strateji gündəliyə malik olduğunu göstərir.
Azərbaycan ilə Qırğızıstan arasında müttəfiqlik münasibətlərinin rəsmiləşdirilməsi eyni zamanda Türk dünyasının inteqrasiyası baxımından da mühüm əhəmiyyət daşıyır. Ortaq tarixə, mədəniyyətə və qardaşlıq dəyərlərinə söykənən bu əməkdaşlıq Türk Dövlətləri Təşkilatı çərçivəsində həmrəyliyin möhkəmlənməsinə, regional sabitliyin və iqtisadi əlaqələrin genişlənməsinə yeni imkanlar yaradır. Azərbaycanın təşəbbüsləri və Qırğızıstanın bu proseslərdə fəal iştirakı bütövlükdə Türk dünyasının beynəlxalq nüfuzunun artmasına xidmət edir.
Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri bir daha göstərdi ki, Azərbaycan bu gün beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş, sözünə və öhdəliklərinə sadiq dövlət kimi qəbul olunur. Müttəfiqlik haqqında Müqavilənin imzalanması, qarşılıqlı ali dövlət mükafatlarının təqdim edilməsi və gələcək əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsi Azərbaycan–Qırğızıstan münasibətlərini keyfiyyətcə yeni mərhələyə yüksəldən tarixi hadisələrdir. Bu səfər Azərbaycanın Mərkəzi Asiyada mövqelərinin daha da möhkəmləndiyini, Türk dünyasında birliyin dərinləşməsinə ardıcıl töhfə verdiyini və Prezident İlham Əliyevin uğurlu xarici siyasət kursunun növbəti mühüm nailiyyəti olduğunu bir daha təsdiqlədi. Millət vəkili Tamam Cəfərova belə deyib.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər