Mobil versiya
"Çatışmazlıqlarımız var" - Qurban Qurbanov
Tarix: 17-07-2026 | Saat: 09:51
Bölmə:İdman | çapa göndər

"Çatışmazlıqlarımız var" -

Yaxşı oyun alındı. Uzun yol gəlmişdik, qələbə vacib idi. Qol buraxmadan qalib gəlmək yaxşı nəticədir. Futbolçularımı təbrik edirəm.

aia.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının I təsnifat mərhələsində İslandiyada "Vestri" klubuna 3:0 hesabı ilə qalib gəldikləri cavab oyunundan sonra deyib.

Mütəxəssis sabahdan II raunddakı rəqibləri olan Bolqarıstanın MOİK (Sofiya) komandası ilə maraqlanmağa başlayacaqlarını bildirib: "Daha yaxşı hazırlaşmağa çalışacağıq. Çünki çatışmazlıqlarımız var. İnanıram ki, növbəti görüşə daha yaxşı idman forması ilə çıxacağıq".

Qurbanov avrokuboklarda uğurlu çıxış edən "Sabah" və "Zirə"ni də təbrik edib: "Altı oyunda 6 qələbə oldu. Bu, UEFA reytinqində əmsalın artmasına kömək edir. Çox sevinirəm. Bütün komandalarımıza uğurlar arzu edirəm".

Qeyd edək ki, "Qarabağ"la MOİK arasında ilk qarşılaşma iyulun 23-də Bakıda keçiriləcək.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə