Messi və Argentinanın uğuru haqda inanılmaz iddialar-İsrail nə əlaqə?
Tarix: 12-07-2026 | Saat: 15:00
Bölmə:İdman | çapa göndər

Bir neçə saat əvvəl son dünya çempionu Argentina İsveçrəni əlavə vaxtda 3:1 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. Argentina iyulun 15-də keçiriləcək yarımfinal matçında İngiltərə ilə görüşəcək. Amma iyulun 7-də 1/8 final mərhələsində Argentinanın Misir üzərində qələbəsi ilə bağlı qalmaqal səngimir.
aia.az vesty.co.il(“İsrail xəbərləri”)saytına istinadən yazır ki, sosial şəbəkələrdə bəzi istifadəçilər Misirin məğlubiyyətində İsraili günahlandırmağa başlayıblar.Misir tərəfi hakimliyi ədalətsiz adlandırdıqdan və FIFA prezidenti Canni İnfantinonu Argentinaya və Lionel Messiyə simpatiya göstərməkdə ittiham etdikdən sonra sosial şəbəkə istifadəçiləri yeni konspirasiya nəzəriyyələri yaymağa başlayaraq hadisədə İsrailin rol oynadığı iddiasını irəli sürüblər.
“Yayılan iddialardan birində İsrailin xarici işlər naziri Gideon Saarın guya "Argentinadan dördüncü dünya çempionluğunu qazanmağı xahiş etdiyi" bildirilir. Paralel olaraq naməlum şəxslər matçı idarə edən hakimin Vikipediya səhifəsinə müdaxilə edərək onun guya "yəhudi" olduğunu yazıblar. “X” sosial şəbəkəsində Argentina prezidenti Xavyer Mileyin İsrailə səfərini əks etdirən videokadrlar paylaşılır. Həmin görüntülərdə Mileyin yanında çıxış edən İsrailin xarici işlər naziri Gideon Saar ona "Argentinaya dördüncü Dünya Kubokunu gətirməli olduğunu" deyir. Videonu paylaşan istifadəçi bu sözləri belə şərh edib: "Argentina futbol dünyasının sözün əsl mənasında İsrailidir. İsrailin xarici işlər naziri Argentinaya Dünya Kubokunu vəd edib" deyə, sayt yazır. Paylaşımlarda daha bir əsassız iddia irəli sürülərək Argentina prezidenti Xavyer Mileyin guya İsrailin baş naziri Benyamin Netanyahunun qohumu olduğu yazılıb. Sosial şəbəkələrdə sürətlə yayılan başqa bir paylaşımda isə 100 mindən çox izləyicisi olan PalMedia adlı istifadəçi matçdan sonra çəkilmiş videonu dərc edib. Kadrlarda Argentina millisinin formasını geyinmiş azarkeş Misir yığmasının baş məşqçisnin qarşısında İsrail bayrağını dalğalandırır. Misirli məşqçi buna qəzəblə reaksiya verir və azarkeşə tərəf tüpürməyə bənzər hərəkət edir. Bundan başqa, başqa bir yalan iddiada Lionel Messinin guya Benyamin Netanyahunun nikahdankənar oğlu olduğu irəli sürülür. Sosial şəbəkələrdə yayılan başqa bir videoda isə İsrail Müdafiə Qüvvələrinin (SAXAL) üç hərbçisi Argentinanın vurduğu qollardan birinə sevinərək reaksiya verir. Paylaşımın müəllifi yazıb: "Bundan sonra da Argentinanın sionizmi təmsil etdiyini inkar etməyə utanmırlar. O, soyqırımı törədən İsrail ordusunu, Netanyahunu tərifləyir. Bu artıq başağrısına çevrilib."
Konspirasiya nəzəriyyələrinin yayılması bununla da bitməyib. Misirdə və ərəb dünyasında tənqid hədəfinə çevrilən əsas şəxslərdən biri fransalı baş hakim Fransua Leteksye olub. Bir neçə istifadəçi onun Vikipediya səhifəsinə müdaxilə edərək hakimin guya yəhudi olduğu barədə yalan məlumat əlavə edib. Sonradan bu düzəliş silinsə də, məqalənin silinməzdən əvvəl çəkilmiş ekran görüntüləri internetdə yayılıb və matçın nəticəsinin əvvəlcədən müəyyənləşdirildiyini iddia edənlər tərəfindən guya "sübut" kimi istifadə olunub. Leteksyeyə qarşı əsas narazılıq Misir millisinin qolunun ləğv edilməsi ilə bağlı olub. Hakim hücumun başlanğıcında qayda pozuntusunun baş verdiyini əsas gətirərək qolu hesaba almayıb.Misir tərəfi isə Argentinanın üçüncü qolunun da ləğv edilməli olduğunu bildirib. Onların fikrincə, həmin hücumun əvvəlində Məhəmməd Salahla mübarizə zamanı qayda pozuntusu qeydə alınmalı idi. FIFA Hakimlər Komitəsinin sabiq sədri, zamanın tanınmış hakimi Pyerluici Kollina isə Leteksyenin qərarlarını müdafiə edib.Onun sözlərinə görə, hakim həm Misirin qolunun ləğvi, həm də Argentinanın üçüncü qolunun qüvvədə saxlanılması ilə bağlı düzgün qərar verib.musavat.com
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər