Dünya şöhrətli idmançılar Bakıda seminar keçirəcək
Tarix: 09-06-2026 | Saat: 12:50
Bölmə:Özəl / İdman | çapa göndər

Azərbaycan idmanının bugünkü yüksəlişi, gənclərimizin fiziki və mənəvi cəhətdən sağlam yetişməsi dövlətimizin yürütdüyü uzaqgörən siyasətin ən parlaq nəticələrindən biridir. Möhtərəm Prezidentimiz, Milli Olimpiya Komitəsinin rəhbəri cənab İlham Əliyevin idmana və idmançılara göstərdiyi yüksək diqqət və qayğı sayəsində ölkəmiz artıq dünyada tanınan bir idman mərkəzinə çevrilmişdir. Dövlət başçısının gənc nəslin sağlam ruhda böyüməsi, idmanın kütləviliyinin təmin olunması istiqamətində atdığı addımlar hər bir idman mütəxəssisi və federasiya üçün böyük stimuldur. Bu ali diqqətdən güc alaraq, Azərbaycanın idman şərəfini ucaltmaq və vətənə layiqli, mərd əsgərlər yetişdirmək yolunda beynəlxalq miqyaslı tədbirlərin keçirilməsi ənənə halını almışdır.
Məhz bu xəttin davamı olaraq, artıq 30 ildən çoxdur ki, Azərbaycanda Real Aikido döyüş növü üzrə beynəlxalq səviyyəli seminarların keçirilməsi gözəl bir ənənəyə çevrilmişdir. Növbəti belə möhtəşəm tədbir 13-14 iyun 2026-cı il tarixlərində Bakıda baş tutacaq. "Real Aikido və Cu Citsu Döyüş Sənətləri Akademiyası"nın prezidenti, 5-ci Dan qara kəmər sahibi Ramin Eminlinin rəhbərliyi və təşkilatçılığı ilə keçiriləcək budəfəki seminarda çox mühüm və nüfuzlu qonaqlar iştirak edəcək. Seminarı idarə etmək üçün Dünya Real Aikido Federasiyasının prezidenti, 7-ci Dan qara kəmər sahibi Sanja Vraçareviç və onun assistenti, 5-ci Dan qara kəmər sahibi Dusan Mitroviç paytaxtımızın qonağı olacaqlar.
Genişmiqyaslı idman tədbirinə 150 dən yuxarı idmançı qatılacaq və onlar öz ustalıq səviyyələrini təsdiqləmək üçün KYU və DAN sistemi ilə ciddi imtahan verəcəklər. Akademiyanın fəaliyyətinin və bu seminarların təməl hədəfi gənc nəslin fiziki gücünü artırmaqla yanaşı, həm də onların daxili iradəsini möhkəmləndirməkdir. Ramin Eminli vurğulayır ki, biz Azərbaycan idmanının və gənclərinin düzgün inkişafı, onların sağlam ruhda böyüməsi, vətənə layifli əsgər yetişməsi üçün əlimizdən gələni etməyi əsirgəmirik. Bu seminar təkcə idmançıların texniki ustalıqlarını artırmaqla qalmayacaq, həm də gənclərimizin vətənpərvərlik ruhunun, nizam-intizamının güclənməsinə və dövlətimizin idman siyasətinə layiqli töhfələr verilməsinə xidmət edəcəkdir.
Tədbirin keçiriləcəyi ünvan: Nərimanov rayonu Evrika litseyi Ahmad Racabli küçəsi
Nüsrət Dağlaroğlu

Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
09-06-2026
13:29 Sabah 33° isti olacaq
08-06-2026