Milli yaddaşın "Ağbaba" zirvəsi: Şəmsi Qocanın yeni əsəri Qayıdış ideyasının bədii salnaməsidir
Tarix: 28-05-2026 | Saat: 20:00
Bölmə:Manşet / Özəl / Yazar2 | çapa göndər

26 may 2026-cı il tarixində Qərbi Azərbaycan İcmasında həm tarixi, həm də mənəvi baxımdan olduqca əhəmiyyətli bir təqdimat mərasimi baş tutub. Tanınmış şair-publisist və tarixçi-tədqiqatçı Şəmsi Qocanın qələmindən çıxan “Azərbaycan Ağbabadan başlayır” kitabı oxucuların və ictimaiyyət nümayəndələrinin ixtiyarına verilib. Tədbir başlamazdan öncə iştirakçılar gənc rəssamların fırçasından süzülən, Qərbi Azərbaycanın nisgilli mənzərələrini, tarixi yurd yerlərimizin ruhunu və qayıdış inamını əks etdirən sərgi ilə tanış olublar. Bu əsərlər incəsənətin dili ilə keçmişin izlərini gələcəyə daşıyaraq, tədbirə xüsusi bir ab-hava bəxş edib.

Tədbiri giriş sözü ilə açan Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli müəllifin çoxillik zəhmətini və Qərbi Azərbaycan həqiqətlərinin araşdırılması istiqamətindəki fəaliyyətini yüksək dəyərləndirib. O, Şəmsi Qocanın təkcə ədəbi yaradıcılığının deyil, həm də İcmanın Aparatında apardığı tədqiqatların milli kimliyimizin qorunmasında və gənc nəslin vətənpərvərlik ruhunda yetişməsində oynadığı rolu xüsusi vurğulayıb. Deputat, müəllifin “Qayıdış dastanı” əsərinin bədii əhəmiyyətini xatırladaraq, “Azərbaycan Ağbabadan başlayır” kitabının da məhz bu qayıdış ideyasının möhkəm bir bünövrəsi olduğunu bildirib.

Akademik Abel Məhərrəmov çıxışında müəllifin Amasiya rayonu və xüsusilə İlanlı kəndi ilə bağlı apardığı arxiv araşdırmalarının elmi sanbalından söz açaraq, bu əsərin tarixi yaddaşımızın bərpası üçün dəyərli bir mənbə olduğunu diqqətə çatdırıb. Daha sonra çıxış edən Səyyad Ağbabalı, Məlahət Behbudqızı, professor Avtandil Ağbaba, professor Nəsir Xankişiyev, Rüxsarə Adilqızı, Sultan Orucoğlu və İmran Güllübulaqlı kitabın həm elmi, həm də mənəvi dəyərindən danışıblar. Natiqlər müəllifin tarixi faktları publisistik üslubla necə məharətlə vəhdətə gətirdiyini vurğulayaraq, kitabın geniş auditoriyaya çatdırılmasının zəruriliyini qeyd ediblər.

Sonda çıxış edən müəllif Şəmsi Qoca bütün iştirakçılara və tədbirin təşkilində əməyi keçənlərə təşəkkürünü bildirib. O, öz araşdırmalarını bundan sonra da böyük qətiyyətlə davam etdirəcəyini, Qərbi Azərbaycanın unudulmuş yurd yerlərinin, milli-mədəni irsinin tanıdılması üçün yeni-yeni elmi və ədəbi layihələr üzərində çalışacağını bəyan edib. Tədbir kitabın müzakirəsi və müəllifin oxucular üçün keçirdiyi imza mərasimi ilə başa çatıb. Bu gün Ağbabanın tarixi bir daha sübut etdi ki, qayıdış yolu həm də yaddaşın bərpası ilə başlayır və Şəmsi Qocanın bu əsəri həmin yolun ən parlaq bələdçilərindəndir.
Azər Məmmədov
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər