Mobil versiya
"Bitcoin" bahalaşdı
Tarix: 12-05-2026 | Saat: 09:40
Bölmə:İqtisadiyyat | çapa göndər

"Bitcoin" bahalaşdı

Kriptovalyuta bazarında son sutkada əsas aktivlər üzrə artım dinamikası davam edib.

aia.az xəbər verir ki, CoinMarketCap platformasında bazarın aparıcı kriptovalyutası olan "Bitcoin"in qiyməti 0,55% artaraq 81 232 ABŞ dollarına çatıb, bazar dəyəri isə 1,63 trln. ABŞ dolları təşkil edib.

Rəqəmsal qızıl kimi tanınan PAX Gold 1,01% bahalaşaraq 4 713 ABŞ dollarına, Tether Gold isə 1,04% bahalaşaraq 4 714 ABŞ dollarına yüksəlib.

Bazarın ikinci ən böyük kriptovalyutası olan "Ethereum"un qiyməti isə əksinə, 0,95% azalaraq 2 312 ABŞ dollarına enib.

BNB 1,59% artaraq 663 ABŞ dollarına, "Monero" 1,38% bahalaşaraq 413 ABŞ dollarına bərabər olub.

Bazarın ümumi kapitallaşması isə son 24 saatda 0,47% artaraq 2,71 trln. ABŞ dollarına yüksəlib.

Analitiklərə görə, son 24 saatda bazarda müsbət dinamika əsasən investorların risk iştahasının artması, ABŞ-da inflyasiya göstəricələri ilə bağlı nikbin gözləntilər və qızılın bahalaşması fonunda rəqəmsal aktivlərə tələbin güclənməsi ilə bağlıdır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə