Milli Məclisin Əmək və sosial siyasət komitəsinin növbəti iclası keçirilib -Fotolar
Tarix: 11-11-2026 | Saat: 17:17
Bölmə:Siyasət / Parlament | çapa göndər

Noyabrın 11-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin növbəti iclası keçirilib. İclası açan komitə sədri Musa Quliyev gündəliyə iki məsələnin daxil edildiyini bildirib.
Komitə sədri birinci məsələ olan Əmək Məcəlləsində, Mülki Prosessual Məcəllədə, Ailə Məcəlləsində, Mülki Məcəllədə, Seçki Məcəlləsində, Rəqabət Məcəlləsində, “Hərbi qulluqçuların statusu haqqında”, “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında”, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Həmkarlar ittifaqları haqqında”, “Sosial sığorta haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Yaşayış minimumu haqqında”, “Sosial müavinətlər haqqında”, “Təhsil haqqında”, “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “İşsizlikdən sığorta haqqında”, “Ümumi təhsil haqqında”, “Siyasi partiyalar haqqında”, “Diplomatik xidmət haqqında” və “Xüsusi icra məmurları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı məlumat verib.
O bildirib ki, layihədə əməkhaqqı təminatlarının gücləndirilməsi, ödənişlərdə şəffaflığın artırılması, sosial sığorta mexanizmlərinin təkmilləşdirilməsi və istirahət hüququnun real təmin olunması üzrə dörd əsas istiqamət müəyyən edilib.
Belə ki, layihədə müəyyən fəaliyyət sahələrində çalışan işçilərin əməyinin ödənilməsində bərabər və ədalətli yanaşmanın təmin edilməsi məqsədilə saatlıq əməkhaqqı sisteminin tətbiqi nəzərdə tutulub. Digər dəyişikliklər əmək haqqı ödənişlərinin elektronlaşması ilə bağlıdır. Bu sistemin tətbiqi əməyin ödənişlərində yarana biləcək bəzi neqativ halların qarşısını alacaq. Dəyişikliklərin üçüncü istiqaməti uşağa qulluğa görə müavinət almaq hüququnun tənzimlənməsi ilə bağlıdır. Sənəddə üç yaşınadək uşağa qulluğa görə müavinət almaq üçün ən azı 6 ay sosial sığorta stajının olması təklif edilir. Əlaqəli qanunlarda sosial məzuniyyət və müavinətlə bağlı müddəalar da bu yanaşmaya uyğunlaşdırılır. Bundan başqa, həm hamiləliyə və doğuma görə müavinət, həm də üç yaşınadək uşağa qulluğa görə müavinət bundan sonra sosial sığorta müavinəti kimi təyin edilir və ödənilir. Beləliklə, bu ödəniş sığortaolunanın ödədiyi sosial sığorta haqları ilə birbaşa əlaqələndirilir və vahid sosial sığorta sisteminə daxil olur.
Layihədə əmək məzuniyyəti hüququnun real təminatı istiqamətində təklif olunan dəyişiklikləri diqqətə çatdıran komitə sədri bildirib ki, Əmək Məcəlləsinin 134-cü maddəsində məzuniyyətin başqa vaxta keçirilməsi halları yeni redaksiyada verilir. Eyni zamanda, əmək münasibətlərinə xitam verilməsi halı istisna olmaqla, 21 günlük minimum əmək məzuniyyətinin pul kompensasiyası ilə əvəzlənməsinə yol verilmir. Komitə sədri vurğulayıb ki, təqdim olunan layihənin əsas mahiyyəti əmək qanunvericiliyini müasir əmək bazarının reallıqlarına uyğunlaşdırmaq və işçinin hüquqlarını daha etibarlı qorumaqdır.
Sonra layihə ilə bağlı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev çıxış edərək, layihənin üstünlüklərini diqqətə çatdırıb. O bildirib ki, müəyyən fəaliyyət sahələrində qısamüddətli və natamam iş vaxtı ilə çalışan işçilər üçün saatlıq əməkhaqqı sisteminin tətbiqi əməkhaqqı hesablamalarında şəffaflığın artırılmasına imkan yaradacaqdır. Həmçinin layihədə işçilərə ödənilən əməkhaqqı və digər ödənişlərin tamamilə elektronlaşması da əmək münasibətlərində şəffaflığı və nəzarəti gücləndirəcəkdir.
Vurğulanıb ki, layihədə üç yaşınadək uşağa qulluğa görə müavinət almaq üçün sosial sığorta stajının tələb edilməsi sistemin maliyyə dayanıqlığının gücləndirilməsinə, gələcəkdə müavinətin məbləğinin artırılması üçün etibarlı əsasların yaradılmasına xidmət edir. Sənəddə işçilərin əmək məzuniyyətinin pul kompensasiyası ilə əvəzlənməsi və məzuniyyətin başqa vaxta keçirilməsi hallarının dəqiqləşdirilməsi isə istirahət hüququnun real tətbiqində vahid yanaşmanın formalaşmasına imkan verəcək.
Gündəliyin ikinci məsələsi olan Mülki Prosessual Məcəllədə, Miqrasiya Məcəlləsində, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”ndə, “Pasportlar haqqında”, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Müflisləşmə və iflas haqqında”, “Yol hərəkəti haqqında”, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında”, “Valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Notariat haqqında”, “Dövlət rüsumu haqqında”, “İcra haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Baytarlıq haqqında”, “Fitosanitar nəzarəti haqqında” və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı məlumatı da komitə sədri Musa Quliyev diqqətə çatdırıb.
Layihənin əsas məqsədi dövlət rüsumlarının ödənilməsi və bu ödənişlərdən azadolma hallarının vahid mənbədə – “Dövlət rüsumu haqqında” Qanunda təsbit olunmasıdır. Həmçinin sənəddə vətəndaşların bəzi dövlət xidmətləri üzrə əlavə ödənişlərdən azad edilməsi nəzərdə tutulur. Ümumilikdə, təqdim olunan qanun layihəsi dövlət rüsumlarının tənzimlənməsi sahəsində qanunvericiliyin təkmilləşdirilməsini, sosial güzəştlərin qorunması və dəqiqləşdirilməsini, texniki səhvlərə görə vətəndaşların əlavə ödənişlərdən azad edilməsini, habelə bəzi dövlət xidmətləri üzrə rüsum güzəştlərinin dəqiqləşdirilməsini nəzərdə tutur.
Müzakirədə komitə sədri Musa Quliyev, komitə üzvləri Vüqar Bayramov, Jalə Əliyeva, Ziyad Səmədzadə, Nigar Məmmədova və Səttar Möhbalıyev çıxış edərək, təklif olunan dəyişikliklərlə bağlı qeyd və suallarını səsləndiriblər.
Deputatların suallarını əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev, nazirliyin Əmək siyasəti şöbəsinin müdiri Fuad Heydərov və Dövlət Əmək Müfəttişliyinin rəisi Vəli Quliyev cavablandırıblar.
Sonra gündəlikdəki qanun layihələri birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Tədbirdə komitə sədrinin müavini Elşad Musayev, deputatlar Bədəl Bədəlov, Əziz Ələkbərov, Göydəniz Qəhrəmanov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdirləri Gülnar İsgəndərova, Fazil Talıbov və digər rəsmi şəxslər iştirak ediblər.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
11-11-2026