Ana Sayfa > İqtisadiyyat > "Bitcoin" bahalaşdı
"Bitcoin" bahalaşdıBu gün, 09:40. Yazar: Subhan |
![]() Kriptovalyuta bazarında son sutkada əsas aktivlər üzrə artım dinamikası davam edib. aia.az xəbər verir ki, CoinMarketCap platformasında bazarın aparıcı kriptovalyutası olan "Bitcoin"in qiyməti 0,55% artaraq 81 232 ABŞ dollarına çatıb, bazar dəyəri isə 1,63 trln. ABŞ dolları təşkil edib. Rəqəmsal qızıl kimi tanınan PAX Gold 1,01% bahalaşaraq 4 713 ABŞ dollarına, Tether Gold isə 1,04% bahalaşaraq 4 714 ABŞ dollarına yüksəlib. Bazarın ikinci ən böyük kriptovalyutası olan "Ethereum"un qiyməti isə əksinə, 0,95% azalaraq 2 312 ABŞ dollarına enib. BNB 1,59% artaraq 663 ABŞ dollarına, "Monero" 1,38% bahalaşaraq 413 ABŞ dollarına bərabər olub. Bazarın ümumi kapitallaşması isə son 24 saatda 0,47% artaraq 2,71 trln. ABŞ dollarına yüksəlib. Analitiklərə görə, son 24 saatda bazarda müsbət dinamika əsasən investorların risk iştahasının artması, ABŞ-da inflyasiya göstəricələri ilə bağlı nikbin gözləntilər və qızılın bahalaşması fonunda rəqəmsal aktivlərə tələbin güclənməsi ilə bağlıdır. aia.az Geri dön |