Akademikin şairə ehtiramı: Qayıdış yolunda mənəvi hədiyyə
Tarix: 07-05-2026 | Saat: 15:04
Bölmə:Karusel / Özəl / Qərbi Azərbaycan | çapa göndər

Mayın 6-da Qərbi Azərbaycan İcmasının qollarından biri olan Amasiya Rayon İcmasında milli yaddaşımıza və tariximizə işıq salan mühüm bir görüş baş tutmuşdur. İcmanın sədri, görkəmli alim və ictimai xadim Abel Məhərrəmov, Amasiya icmasının fəal üzvü, ömrünü ulu yurd yerlərimizin tədqiqinə həsr etmiş şair-publisist və tarixçi-tədqiqatçı Şəmsi Qocanı qəbul etmişdir.

Bu qəbul, sadəcə rəsmi bir görüş deyil, həm də sənətə, tarixə və vətənpərvərliyə verilən yüksək qiymətin təzahürü idi. Abel Məhərrəmov Şəmsi Qocanı 65 yaşının tamam olması münasibətilə bir daha ürəkdən təbrik edərək, ona Tanrıdan sağlıqlı ömür və yaradıcılıq uğurları diləmişdir. O, şairin qələmindən çıxan hər bir misranın, apardığı hər bir tarixi araşdırmanın gənc nəslin milli ruhda böyüməsi və doğma torpaqlara qayıdış ideyasının yaşadılması yolunda əvəzsiz xidmət olduğunu xüsusi vurğulamışdır.

Abel müəllim şairin son dövr yaradıcılığının zirvəsi hesab olunan "Qərbi Azərbaycan: Qayıdış dastanı" əsərini yüksək qiymətləndirərək bildirmişdir ki, bu dastan-poema bizim itirilmiş cənnətimizə açılan poetik bir pəncərədir. Görüşün ən duyğulu məqamlarından biri kimi, İcma sədri yubilyara xüsusi bir hədiyyə — Şəmsi Qocanın portretinin incə naxışlarla həkk olunduğu nəfis xalçanı təqdim etmişdir. Bu hədiyyə həm bir sənətkarın simasına, həm də onun illərdir kağız üzərinə köçürdüyü milli ağrılarımıza verilən mənəvi mükafat idi.
Hədiyyəni və göstərilən bu ali diqqəti yüksək qiymətləndirən Şəmsi Qoca, dərin minnətdarlıq hissi ilə vurğulamışdır ki, onun bundan sonra da varlığı, ruhu və qələmi yalnız bir amala — Böyük Qayıdışa xidmət edəcəkdir. Şair bildirdi ki, Ağbabanın dağlarından, İlanlı kəndinin saflığından süzülüb gələn o qayıdış sədası tezliklə hər bir azərbaycanlının həyat həqiqətinə çevriləcəkdir.
Bu görüş bir daha sübut etdi ki, Vətən mübarizəsi həm də bir yaddaş və mədəniyyət savaşıdır. Bu savaşın ön cəbhəsində dayanan ziyalılarımızın birliyi isə qələbəmizin mənəvi zəmanətidir!
Əhməd Rzayev
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
07-05-2026