Mobil versiya
Azərbaycanda Formula 1 başa çatır? - AÇIQLAMA
Tarix: 24-04-2026 | Saat: 20:44
Bölmə:İdman | çapa göndər

Azərbaycanda Formula 1 başa çatır? - AÇIQLAMA


İstanbul Formula 1 üzrə dünya çempionatının mərhələ yarışlarına yenidən ev sahibliyi edəcək. Beşillik razılaşma ilə Formula 1 trası yenidən Türkiyədə qurulacaq.

aia.Az xəbər verir ki, bununla bağlı Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamenti açıqlama yayıb.

Qeyd edilib ki, Türkiyə Qran-Prisi 2027-ci ildən etibarən ən azı 5 il müddətinə Formula 1 təqviminə qayıdır.

Sözügedən məlumatlar səhvən Azərbaycanda Formula 1-in başa çatması kimi başa düşülüb.

Bakı Şəhər Halqasının mətbuat katibi Arzu Hüseynova Ölkə.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Türkiyənin Formula 1 təqviminə daxil edilməsi Bakıda keçiriləcək yarışlarla əlaqəli deyil.

Azərbaycanla Formula 1 arasında müqavilənin müddətinin 2030-cu ilədək uzadıldığını xatırladan sözçü növbəti bir neçə ildə də Azərbycan Qran-prisinin baş tutacağını söyləyib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2026